Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XiN: Moskvanın taxıl sazişi ilə bağlı planlaşdırılan görüş barədə məlumatı yoxdur

© AFP 2024 / CLAIRE MORANDTaxıl
Taxıl - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Taxıl sazişi 2022-ci il iyulun 22-də Rusiya, Ukrayna, Türkiyə və BMT-nin iştirakı ilə bağlanıb.
BAKI, 2 may — Sputnik. Moskva taxıl sövdələşməsinə dair nəzərdə tutulan görüş barədə məlumat alınmayıb.
Rusiya Xarici İşlər Nazirliyindən "RİA Novosti"yə verilən məlumatda belə deyilir.
"Hər hansı görüşlə bağlı məlumat Rusiya tərəfinə daxil olmayıb", - deyə Rusiya XİN-dən bildiriblər.
Bir gün əvvəl "Reuters" mənbələrə istinadən xəbər verib ki, mayın 3-də bütün tərəflərin iştirakı ilə taxıl müqaviləsinin uzadılması üçün danışıqlar aparılacaq. Onun fəaliyyəti mayın 18-də başa çatır.
Rusiya Federasiyası Prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov dəfələrlə bəyan edib ki, müqavilənin Rusiyanın kənd təsərrüfatı sektoru ilə bağlı şərtləri yerinə yetirilmir, ona görə də onun uzadılması sual altındadır.
Xatırladaq ki, taxıl sazişi 2022-ci il iyulun 22-də Rusiya, Ukrayna, Türkiyə və BMT-nin iştirakı ilə bağlanıb. Onun şərtlərinə görə, Kiyev dəniz yolu ilə kənd təsərrüfatı məhsullarını ixrac etmək imkanını əldə edib. Moskvaya isə Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrin ticarətində maneələrin aradan qaldırılacağı vəd edilmişdi. Martın 18-də müqavilənin müddəti daha 60 gün uzadılıb.
Xəbər lenti
0