https://sputnik.az/20230502/putin-dost-olkelere-qiymet-heddi-olmadan-neft-tedarukune-icaze-verdi-454403987.html
Putin dost ölkələrə qiymət həddi olmadan neft tədarükünə icazə verdi
Putin dost ölkələrə qiymət həddi olmadan neft tədarükünə icazə verdi
Sputnik Azərbaycan
Fərman 2023-cü il iyulun 1-dək qüvvədə olacaq. 02.05.2023, Sputnik Azərbaycan
2023-05-02T18:09+0400
2023-05-02T18:09+0400
2023-05-02T18:09+0400
putin
rusiya
fərman
neft
satış
https://cdnn1.img.sputnik.az/img/07e7/03/14/452903829_0:0:2977:1674_1920x0_80_0_0_9ee3f77e6f6ff0ab2edbb1501b3bfe6c.jpg
BAKI, 2 may — Sputnik. Fərmana beynəlxalq müqavilələrə uyğun olaraq bağlanmış, ancaq Rusiyaya qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərə şamil edilmir. Rusiya Prezidenti Vladimir Putin qiymətlərin tavanından asılı olmayaraq, fevralın 1-dək dost ölkələrlə bağlanmış müqavilələr əsasında neft və neft məhsullarının tədarükünə icazə verib. Hüquqi informasiyanın rəsmi internet portalında dərc olunan fərmanda belə deyilir. Prezidentin bu il fevralın 1-dən qüvvəyə minmiş “Rusiya neftinin və neft məhsullarının maksimal qiymətinin müəyyən xarici dövlətlər tərəfindən müəyyən edilməsinə cavab tədbirləri haqqında” fərmanına müvafiq dəyişikliklər edilib. “Fərman beynəlxalq müqavilələrə uyğun olaraq bağlanmış, ancaq Rusiyaya qarşı qeyri-dost hərəkətlər edən dövlətlərə şamil edilmir”, - deyə sənəddə qeyd edilib. Dəyişikliklər rəsmi dərc edildiyi gündən, aprelin 28-dən qüvvəyə minib. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin müqavilələrdə qiymət həddi müəyyən edənlərə ölkəsindən neft və neft məhsullarının tədarükünə qadağa qoyub. Bu barədə dövlət başçısı müvafiq fərman imzalayıb. Fərman 2023-cü il iyulun 1-dək qüvvədə olacaq. Qərbin Rusiyaya qarşı neft sanksiyaları 2022-ci il dekabrın 5-də qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə daşınan Rusiya neftini qəbul etməyi dayandırıb, G7 ölkələri, Avstraliya və Aİ isə onun üçün dəniz daşınması zamanı bir barel üçün 60 dollar qiymət limiti tətbiq ediblər - daha bahalı neftin daşınması və sığortalanması qadağandır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/14/452903829_91:0:2820:2047_1920x0_80_0_0_9e49f3dcf75b8be0499b9584654c8706.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
putin, fərman, neft, satış
putin, fərman, neft, satış
Putin dost ölkələrə qiymət həddi olmadan neft tədarükünə icazə verdi
Fərman 2023-cü il iyulun 1-dək qüvvədə olacaq.
BAKI, 2 may — Sputnik. Fərmana beynəlxalq müqavilələrə uyğun olaraq bağlanmış, ancaq Rusiyaya qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərə şamil edilmir.
Rusiya Prezidenti Vladimir Putin qiymətlərin tavanından asılı olmayaraq, fevralın 1-dək dost ölkələrlə bağlanmış müqavilələr əsasında neft və neft məhsullarının tədarükünə icazə verib.
Hüquqi informasiyanın rəsmi internet portalında dərc olunan fərmanda belə deyilir.
Prezidentin bu il fevralın 1-dən qüvvəyə minmiş “Rusiya neftinin və neft məhsullarının maksimal qiymətinin müəyyən xarici dövlətlər tərəfindən müəyyən edilməsinə cavab tədbirləri haqqında” fərmanına müvafiq dəyişikliklər edilib.
“Fərman beynəlxalq müqavilələrə uyğun olaraq bağlanmış, ancaq Rusiyaya qarşı qeyri-dost hərəkətlər edən dövlətlərə şamil edilmir”, - deyə sənəddə qeyd edilib.
Dəyişikliklər rəsmi dərc edildiyi gündən, aprelin 28-dən qüvvəyə minib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin müqavilələrdə qiymət həddi müəyyən edənlərə ölkəsindən neft və neft məhsullarının tədarükünə qadağa qoyub.
Bu barədə dövlət başçısı müvafiq fərman imzalayıb.
Fərman 2023-cü il iyulun 1-dək qüvvədə olacaq.
Qərbin Rusiyaya qarşı neft sanksiyaları 2022-ci il dekabrın 5-də qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə daşınan Rusiya neftini qəbul etməyi dayandırıb, G7 ölkələri, Avstraliya və Aİ isə onun üçün dəniz daşınması zamanı bir barel üçün 60 dollar qiymət limiti tətbiq ediblər - daha bahalı neftin daşınması və sığortalanması qadağandır.