Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Kreml ABŞ-da mümkün defoltla bağlı vəziyyəti diqqətlə izləyir

© AFP 2024 / NATALIA KOLESNIKOVAKremlə mənzərə, arxiv şəkli
Kremlə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.05.2023
Abunə olmaq
Hazırda ABŞ iqtisadiyyatı bir sıra problemlərlə, o cümlədən yüksək inflyasiya ilə üzləşib.
BAKI, 2 may — Sputnik. Kreml və Rusiyanın maliyyə departamentləri ABŞ dövlət borcunun mümkün defoltu ilə bağlı vəziyyəti diqqətlə izləyir.
Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov səhər konfransı zamanı deyib.
Onun sözlərinə görə, hazırda ABŞ iqtisadiyyatı bir sıra problemlərlə, o cümlədən yüksək inflyasiya ilə üzləşib.
"Biz fiskal departamentlərimiz də daxil olmaqla, bunu yaxından izləyirik. Amma ilk dəfə deyil ki! Bu, təəccüblü dərəcədə müntəzəmliklə baş verir. İndiyə qədər ABŞ həll yollarını tapıb. Biz bu dəfə də diqqətlə izləyəcəyik", - deyə "aif.ru" saytının müxbiri Kreml nümayəndəsinin sözlərindən sitat gətirib.
Bundan əvvəl ABŞ maliyyə naziri Janet Yellen xəbərdarlıq edib ki, əgər Konqres borc limitini artırmasa, onun rəhbərlik etdiyi idarə artıq iyun ayına qədər ölkənin dövlət borcuna xidmət göstərə bilməyəcək.
Xəbər lenti
0