https://sputnik.az/20230430/rusiya-ukrayna-ve-turkiye-numayendeleri-taxil-sazisi-ile-bagli-gorusecekler-454319605.html
Rusiya, Ukrayna və Türkiyə nümayəndələri "taxıl sazişi" ilə bağlı görüşəcəklər
Rusiya, Ukrayna və Türkiyə nümayəndələri "taxıl sazişi" ilə bağlı görüşəcəklər
Sputnik Azərbaycan
Yaxın günlərdə üç ölkənin nazir müavinləri səviyyəsində nümayəndələr taxıl sazişi ilə bağlı məsələləri müzakirə ediləcək. 30.04.2023, Sputnik Azərbaycan
2023-04-30T16:30+0400
2023-04-30T16:30+0400
2023-04-30T16:30+0400
rusiya
türkiyə
rusiya
ukrayna
taxıl
saziş
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333157_0:203:2917:1844_1920x0_80_0_0_d24e45efbe870e63ab637ca1397a2b68.jpg
BAKI, 30 aprel - Sputnik. Rusiya, Ukrayna və Türkiyə nümayəndələri nazir müavinləri səviyyəsində mayın 18-də başa çatacaq "taxıl sazişi"nin uzadılması məsələlərini yaxın günlərdə müzakirə edəcəklər. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar “Habertürk” telekanalına müsahibəsində bildirib. Müdafiə naziri görüşün yeri barədə açıqlama verməyib."Taxıl sazişi"nin uzadılması məsələsi ötən həftə Türkiyə və Rusiya prezidentləri Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı zamanı müzakirə olunub.Rusiya liderinin mətbuat katibi Dmitri Peskov cümə günü deyib ki, İstanbul razılaşmaları Rusiya Federasiyasına aid şərtlər baxımından yerinə yetirilmir və bu baxımdan, müqavilənin uzadılması perspektivləri yaxşı olmadığını bildirib.“Hürriyet” qəzetinin məlumatına görə, Türkiyə tərəfi bu problemi yaxın günlərdə BMT, ABŞ və Böyük Britaniya nümayəndələri ilə müzakirə edəcək. Ötən il iyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında həmin müddət uzadılıb.Bu il martın 18-də Rusiya sazişin müddətini 60 gün uzadacağını elan edərək, bunun BMT ilə imzalanmış memorandumun icrasını qiymətləndirmək üçün kifayət qədər vaxt olacağı barədə xəbərdarlıq edib.Rusiya Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, sövdələşmənin uzadılması ilə bağlı növbəti qərar Rosselxozbank-ın SWIFT sisteminə yenidən qoşulmasından, kənd təsərrüfatı texnikası, ehtiyat hissələri və xidmətlərin tədarükünün bərpasından, sığorta və təkrar sığortaya qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından, müqavilənin ləğvindən asılı olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333157_94:0:2823:2047_1920x0_80_0_0_43d038d7de84e74228c3be2c07586b5a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, rusiya, ukrayna, taxıl, saziş
türkiyə, rusiya, ukrayna, taxıl, saziş
Rusiya, Ukrayna və Türkiyə nümayəndələri "taxıl sazişi" ilə bağlı görüşəcəklər
Yaxın günlərdə üç ölkənin nazir müavinləri səviyyəsində nümayəndələr taxıl sazişi ilə bağlı məsələləri müzakirə ediləcək.
BAKI, 30 aprel - Sputnik. Rusiya, Ukrayna və Türkiyə nümayəndələri nazir müavinləri səviyyəsində mayın 18-də başa çatacaq "taxıl sazişi"nin uzadılması məsələlərini yaxın günlərdə müzakirə edəcəklər. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar “Habertürk” telekanalına müsahibəsində bildirib.
"Rusiya və Ukrayna tərəfləri ilə təmaslarımızı davam etdiririk. Biz razılaşdıq ki, yaxın günlərdə Rusiya, Ukrayna və Türkiyənin nazir müavinləri səviyyəsində nümayəndələr taxıl sazişi ilə bağlı məsələləri müzakirə etmək üçün görüşsünlər", - türkiyəli nazir bildirib.
Müdafiə naziri görüşün yeri barədə açıqlama verməyib.
"Taxıl sazişi"nin uzadılması məsələsi ötən həftə Türkiyə və Rusiya prezidentləri Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı zamanı müzakirə olunub.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov cümə günü deyib ki, İstanbul razılaşmaları Rusiya Federasiyasına aid şərtlər baxımından yerinə yetirilmir və bu baxımdan, müqavilənin uzadılması perspektivləri yaxşı olmadığını bildirib.
“Hürriyet” qəzetinin məlumatına görə, Türkiyə tərəfi bu problemi yaxın günlərdə BMT, ABŞ və Böyük Britaniya nümayəndələri ilə müzakirə edəcək.
Ötən il iyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında həmin müddət uzadılıb.
Bu il martın 18-də Rusiya sazişin müddətini 60 gün uzadacağını elan edərək, bunun BMT ilə imzalanmış memorandumun icrasını qiymətləndirmək üçün kifayət qədər vaxt olacağı barədə xəbərdarlıq edib.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, sövdələşmənin uzadılması ilə bağlı növbəti qərar Rosselxozbank-ın SWIFT sisteminə yenidən qoşulmasından, kənd təsərrüfatı texnikası, ehtiyat hissələri və xidmətlərin tədarükünün bərpasından, sığorta və təkrar sığortaya qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından, müqavilənin ləğvindən asılı olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.