https://sputnik.az/20230429/rusiya-iqtisadiyyati-sanksiyalara-gozlenildiyinden-daha-davamlidir---bvf-454242299.html
Rusiya iqtisadiyyatı sanksiyalara gözlənildiyindən daha davamlıdır - BVF
Rusiya iqtisadiyyatı sanksiyalara gözlənildiyindən daha davamlıdır - BVF
Sputnik Azərbaycan
Beynəlxalq Valyuta Fondunun hesabatına görə, hazırda Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq, davamlı şəkildə bərpa olunur. 29.04.2023, Sputnik Azərbaycan
2023-04-29T10:18+0400
2023-04-29T10:18+0400
2023-04-29T10:18+0400
rusiya
beynəlxalq valyuta fondu
beynəlxalq valyuta fondu
bvf
mixail mişustin
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427733748_0:0:3069:1727_1920x0_80_0_0_834184dc7e95d2f737823cb4c18a8736.jpg
BAKI, 29 aprel — Sputnik. Rusiya iqtisadiyyatı sanksiyalara gözlənildiyindən daha dözümlü olduğunu sübut etdi. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında deyilir. Sənəddə ona da aydınlıq gətirilir ki, ötən ilin ikinci rübündəki kəskin enişdən sonra iqtisadiyyat üçüncü və dördüncü rüblərdə ciddi şəkildə bərpa olunub. Beləliklə, 2022-ci il üçün hasilatın azalması 2,1%-ə endirilib. Təşkilat 2022-ci ildə iqtisadiyyatın neft ixracının sabit həcmləri ilə dəstəkləndiyini qeyd edib. "Rusiyanın məhdudiyyətləri tətbiq edən ölkələrdən, bunu etməyən ölkələrə xammal ixracını yönləndirmək qabiliyyəti müstəqil olaraq əldə edilmiş və qeyri-rəsmi məlumatlarla təsdiqlənir", - deyə BVF vurğulayıb. Bundan əvvəl baş nazir Mixail Mişustin demişdi ki, Qərb dünya infrastrukturuna nəzarəti silahla təmin etməyə çalışır. Lakin hazırda Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq, davamlı şəkildə bərpa olunur. Birləşmiş Ştatlar daha əvvəl bildirmişdi ki, anti-Rusiya sanksiyaları Qərbin tarixdə ən böyük səhv hesablaması olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427733748_0:0:2731:2048_1920x0_80_0_0_55a542bd52c3146d771e8f168130ded8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
beynəlxalq valyuta fondu, beynəlxalq valyuta fondu, bvf, mixail mişustin
beynəlxalq valyuta fondu, beynəlxalq valyuta fondu, bvf, mixail mişustin
Rusiya iqtisadiyyatı sanksiyalara gözlənildiyindən daha davamlıdır - BVF
Beynəlxalq Valyuta Fondunun hesabatına görə, hazırda Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq, davamlı şəkildə bərpa olunur.
BAKI, 29 aprel — Sputnik. Rusiya iqtisadiyyatı sanksiyalara gözlənildiyindən daha dözümlü olduğunu sübut etdi.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında deyilir.
Sənəddə ona da aydınlıq gətirilir ki, ötən ilin ikinci rübündəki kəskin enişdən sonra iqtisadiyyat üçüncü və dördüncü rüblərdə ciddi şəkildə bərpa olunub. Beləliklə, 2022-ci il üçün hasilatın azalması 2,1%-ə endirilib.
Təşkilat 2022-ci ildə iqtisadiyyatın neft ixracının sabit həcmləri ilə dəstəkləndiyini qeyd edib.
"Rusiyanın məhdudiyyətləri tətbiq edən ölkələrdən, bunu etməyən ölkələrə xammal ixracını yönləndirmək qabiliyyəti müstəqil olaraq əldə edilmiş və qeyri-rəsmi məlumatlarla təsdiqlənir", - deyə BVF vurğulayıb.
Bundan əvvəl baş nazir Mixail Mişustin demişdi ki, Qərb dünya infrastrukturuna nəzarəti silahla təmin etməyə çalışır. Lakin hazırda Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq, davamlı şəkildə bərpa olunur.
Birləşmiş Ştatlar daha əvvəl bildirmişdi ki, anti-Rusiya sanksiyaları Qərbin tarixdə ən böyük səhv hesablaması olub.