https://sputnik.az/20230428/zaes-de-ukrayna-pilotsuz-teyyarelerinin-hucumu-neticesinde-deyen-ziyan-aradan-qaldirilib-454243527.html
ZAES-də Ukrayna pilotsuz təyyarələrinin hücumu nəticəsində dəyən ziyan aradan qaldırılıb
ZAES-də Ukrayna pilotsuz təyyarələrinin hücumu nəticəsində dəyən ziyan aradan qaldırılıb
Sputnik Azərbaycan
"Rosenergoatom" şirkətinin baş direktorunun müşaviri Renat Karçaa daha əvvəl Zaporojye AES-in 2030-cu ilə qədər tamamilə Rusiya Federasiyasının standartlarına... 28.04.2023, Sputnik Azərbaycan
2023-04-28T21:54+0400
2023-04-28T21:54+0400
2023-04-28T21:54+0400
aes
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
zaporojye
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0b/449523089_0:194:3073:1922_1920x0_80_0_0_e60e086558ba8c5364522026f20895fa.jpg
BAKI, 28 aprel — Sputnik. Ukrayna silahlı qüvvələrinin pilotsuz təyyarələrinin aprelin 12-də baş tutan hücumundan sonra Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) turbin zalının zərər görmüş pəncərələri təmir edilib. Bu barədə "TASS" "Rosenergoatom" şirkətinin baş direktorunun müşaviri Renat Karçaaya istinadən xəbər verib. "Pəncərələr təmir olunub: onları bəzi yerlərdə şüşə ilə, bəzilərində isə taxta lövhələrlə ilə örtüblər" – deyə o bildirib. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Zaporojye AES-in dördüncü enerji blokunun turbin zalının şüşələri zədələndiyi bildirilmişdi. Aprelin 10-da ZAES yaxınlığında Ukraynaya məxsus pilotsuz təyyarənin düşməsi məlum olub. Rusiya təhlükəsizlik rəsmilərinin fikrincə, bu PUA-nın stansiyaya zərbə endirməsi təkcə Ukrayna və Rusiya Federasiyasına deyil, bəzi Avropa dövlətlərinin ərazisinə də təsir edəcək texnogen fəlakətə səbəb ola bilərdi. Renat Karçaa daha əvvəl Zaporojye AES-in 2030-cu ilə qədər tamamilə Rusiya Federasiyasının standartlarına keçəcəyini bildirmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0b/449523089_108:0:2839:2048_1920x0_80_0_0_0438136da633ee496ded5fbd5dbe2996.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
aes, ukrayna, zaporojye
ZAES-də Ukrayna pilotsuz təyyarələrinin hücumu nəticəsində dəyən ziyan aradan qaldırılıb
"Rosenergoatom" şirkətinin baş direktorunun müşaviri Renat Karçaa daha əvvəl Zaporojye AES-in 2030-cu ilə qədər tamamilə Rusiya Federasiyasının standartlarına keçəcəyini bildirmişdi.
BAKI, 28 aprel — Sputnik. Ukrayna silahlı qüvvələrinin pilotsuz təyyarələrinin aprelin 12-də baş tutan hücumundan sonra Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) turbin zalının zərər görmüş pəncərələri təmir edilib.
Bu barədə "TASS" "Rosenergoatom" şirkətinin baş direktorunun müşaviri Renat Karçaaya istinadən xəbər verib.
"Pəncərələr təmir olunub: onları bəzi yerlərdə şüşə ilə, bəzilərində isə taxta lövhələrlə ilə örtüblər" – deyə o bildirib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Zaporojye AES-in dördüncü enerji blokunun turbin zalının şüşələri zədələndiyi bildirilmişdi.
Aprelin 10-da ZAES yaxınlığında Ukraynaya məxsus pilotsuz təyyarənin düşməsi məlum olub. Rusiya təhlükəsizlik rəsmilərinin fikrincə, bu PUA-nın stansiyaya zərbə endirməsi təkcə Ukrayna və Rusiya Federasiyasına deyil, bəzi Avropa dövlətlərinin ərazisinə də təsir edəcək texnogen fəlakətə səbəb ola bilərdi.
Renat Karçaa daha əvvəl Zaporojye AES-in 2030-cu ilə qədər tamamilə Rusiya Federasiyasının standartlarına keçəcəyini bildirmişdi.