Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Xudat nəqliyyat-logistika qovşağında fitosanitar nəzarət optimallaşdırılacaq

© AFP 2024 / KIRILL KUDRYAVTSEVPomidor məhsulu, arxiv şəkli
Pomidor məhsulu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.04.2023
Abunə olmaq
Rusiya Azərbaycana mal-qara, quş əti, kartof, buğda unu və buğda tədarükünü artırıb.
BAKI, 28 aprel — Sputnik. Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının fasiləsiz tədarükünü təmin etmək üçün Xudat nəqliyyat-logistika qovşağının ərazisində karantin fitosanitar nəzarətinin optimallaşdırılması imkanları araşdırılır.
Bu barədə "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli arasında telefon danışığı zamanı bildirilib.
Qeyd olunur ki, Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracatında liderlərdən biri olmaqda davam edir. Öz növbəsində, bu il Rusiya Azərbaycana mal-qara, quş əti, kartof, buğda unu və buğda tədarükünü artırıb.
Tərəflər həmçinin Azərbaycanla ticarətdə maraqlı olan Rusiya şirkətlərində yoxlamaların aparılması prosedurunu müzakirə ediblər. Müxtəlif heyvandarlıq məhsulları, o cümlədən balıqlar üçün yem istehsal edən Azərbaycan müəssisələrinin ixrac imkanlarının genişləndirilməsi məsələsinə toxunulub.
Xəbər lenti
0