https://sputnik.az/20230428/peskov-pilotsuz-teyyarelerle-bagli-suallara-dair-tapsiriqlar-verilecek-454236551.html
Peskov: pilotsuz təyyarələrlə bağlı suallara dair tapşırıqlar veriləcək
Peskov: pilotsuz təyyarələrlə bağlı suallara dair tapşırıqlar veriləcək
Sputnik Azərbaycan
Rusiya 2026-cı ilə qədər hər il 18 min, 2030-cu ilə qədər isə 32 min pilotsuz uçuş aparatı istehsal etməyi planlaşdırır. 28.04.2023, Sputnik Azərbaycan
2023-04-28T23:29+0400
2023-04-28T23:29+0400
2023-04-28T23:29+0400
dmitri peskov
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443018299_0:0:3072:1728_1920x0_80_0_0_b3d11e17c48ce20f8d0d34292a78c46b.jpg
BAKI, 28 aprel — Sputnik. Rusiya prezidentinin mətbuat katibi pilotsuz təyyarələrlə bağlı təlimatların siyahısının hazırlanacağını bildirib. Bu barədə "RİA Novosti" yazır. Kreml sözçüsü bildirib ki, prezident dünən axşam pilotsuz təyyarələrlə bağlı məsələlərlə məşğul olub və görüşlər keçirilib. "Moskvanın sənaye mərkəzində işləyən şirkətlərlə görüş oldu, sonra hökumətlə də eyni mövzuda görüş keçirildi. Görüşlər gecə yarısı bitdi. Təlimatların siyahısı tərtib olunacaq. Əslində biz iqtisadiyyatımızda yeni sənayenin yaradılmasından danışırıq", - deyə Peskov bildirib. Qarşıdan gələn milli layihəyə Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov rəhbərlik edir. Daha əvvəl Belousov bildirmişdi ki, Rusiya 2026-cı ilə qədər hər il 18 min, 2030-cu ilə qədər isə 32 min pilotsuz uçuş aparatı istehsal etməyi planlaşdırır. Xatırladaq ki, bir gün əvvəl Vladimir Putin Pilotsuz Uçuş Sistemləri üzrə Federal Mərkəzin yaradıldığı yeni "Rudnyovo" sənaye parkına baş çəkib. Prezident bildirib ki, pilotsuz sənaye çox perspektivlidir, gələcəkdə ona qoyulan investisiyaların həcmi bir trilyon rubla çata bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/11/443018299_341:0:3072:2048_1920x0_80_0_0_0902d7013f5396db19994d0374c6a872.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dmitri peskov, putin, rusiya prezidenti vladimir putin, vladimir putin
dmitri peskov, putin, rusiya prezidenti vladimir putin, vladimir putin
Peskov: pilotsuz təyyarələrlə bağlı suallara dair tapşırıqlar veriləcək
Rusiya 2026-cı ilə qədər hər il 18 min, 2030-cu ilə qədər isə 32 min pilotsuz uçuş aparatı istehsal etməyi planlaşdırır.
BAKI, 28 aprel — Sputnik. Rusiya prezidentinin mətbuat katibi pilotsuz təyyarələrlə bağlı təlimatların siyahısının hazırlanacağını bildirib.
Bu barədə "RİA Novosti" yazır.
Kreml sözçüsü bildirib ki, prezident dünən axşam pilotsuz təyyarələrlə bağlı məsələlərlə məşğul olub və görüşlər keçirilib.
"Moskvanın sənaye mərkəzində işləyən şirkətlərlə görüş oldu, sonra hökumətlə də eyni mövzuda görüş keçirildi. Görüşlər gecə yarısı bitdi. Təlimatların siyahısı tərtib olunacaq. Əslində biz iqtisadiyyatımızda yeni sənayenin yaradılmasından danışırıq", - deyə Peskov bildirib.
Qarşıdan gələn milli layihəyə Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov rəhbərlik edir.
Daha əvvəl Belousov bildirmişdi ki, Rusiya 2026-cı ilə qədər hər il 18 min, 2030-cu ilə qədər isə 32 min pilotsuz uçuş aparatı istehsal etməyi planlaşdırır.
Xatırladaq ki, bir gün əvvəl Vladimir Putin Pilotsuz Uçuş Sistemləri üzrə Federal Mərkəzin yaradıldığı yeni "Rudnyovo" sənaye parkına baş çəkib. Prezident bildirib ki, pilotsuz sənaye çox perspektivlidir, gələcəkdə ona qoyulan investisiyaların həcmi bir trilyon rubla çata bilər.