https://sputnik.az/20230428/dunyaya-hokm-etmeye-calisan-abs-tehlukesizlik-arxitekturasini-asindirdi---soyqu-454217637.html
Dünyaya hökm etməyə çalışan ABŞ təhlükəsizlik arxitekturasını aşındırdı - Şoyqu
Dünyaya hökm etməyə çalışan ABŞ təhlükəsizlik arxitekturasını aşındırdı - Şoyqu
Sputnik Azərbaycan
Rusiya Müdafiə Nazirliyinin rəhbəri əmindir ki, ABŞ və onun müttəfiqləri idarə olunan regional ittifaqlar yaratmaqla dövlətlərarası münasibətlər sistemini... 28.04.2023, Sputnik Azərbaycan
2023-04-28T10:41+0400
2023-04-28T10:41+0400
2023-04-28T10:48+0400
rusiyanın müdafiə naziri sergey şoyqu
rusiya
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445325015_0:110:2773:1670_1920x0_80_0_0_318cc3a799be65be7f567edefc0322c4.jpg
BAKI, 28 aprel — Sputnik. ABŞ və müttəfiqlərinin qlobal üstünlüyünü saxlamaq səyləri qlobal təhlükəsizlik arxitekturasını aşındırıb. "Qlobal hökmranlığı saxlamaq üçün ABŞ və onun müttəfiqləri qlobal təhlükəsizlik arxitekturasını ciddi şəkildə pozdular. Onların təşəbbüsü ilə silahlara nəzarət və etimadın möhkəmləndirilməsi ilə bağlı əsas sazişlərin dağıdılması və ləğvi prosesinə start verildi", - Şoyqu Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin görüşündə deyib. O xatırladıb ki, əvvəlcə Vaşinqton SSRİ-ABŞ arasındakı Anti-Ballistik Raket Müqaviləsinə birtərəfli qaydada xitam verib, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılmasına dair Sazişi ratifikasiya etməkdən imtina edib, sonra Orta və Qısa mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxıb. Şoyqunun sözlərinə görə, ŞƏT həmkarları ilə görüş son dərəcə qeyri-sabit beynəlxalq vəziyyət fonunda keçirilir. "Yeni çoxqütblü dünyanın formalaşması prosesində kardinal, dinamik və geridönməz dəyişikliklər baş verir. Kollektiv Qərb buna fəal şəkildə qarşı çıxır", - Rusiyanın müdafiə naziri bildirib. Rusiya Müdafiə Nazirliyinin rəhbəri əmindir ki, ABŞ və onun müttəfiqləri idarə olunan regional ittifaqlar yaratmaqla dövlətlərarası münasibətlər sistemini yenidən formalaşdırmağa çalışırlar: "Bu gün bu dağıdıcı xətt idarə olunan regional ittifaqların yaradılması yolu ilə dövlətlərarası münasibətlər sistemində islahatların aparılması istəyində özünü göstərir". Onun sözlərinə görə, nəticədə onilliklər ərzində yaradılmış təhlükəsizlik mexanizmlərinin və əməkdaşlığın formatları sınaqdan keçirilir, dondurulmuş dövlətlərarası münaqişələr gərginləşir, lokal böhranların genişmiqyaslı münaqişələrə çevrilməsi ehtimalı artır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445325015_0:0:2731:2048_1920x0_80_0_0_f423788ade37f87c726eb2a175345920.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiyanın müdafiə naziri sergey şoyqu, abş
rusiyanın müdafiə naziri sergey şoyqu, abş
Dünyaya hökm etməyə çalışan ABŞ təhlükəsizlik arxitekturasını aşındırdı - Şoyqu
10:41 28.04.2023 (Yenilənib: 10:48 28.04.2023) Rusiya Müdafiə Nazirliyinin rəhbəri əmindir ki, ABŞ və onun müttəfiqləri idarə olunan regional ittifaqlar yaratmaqla dövlətlərarası münasibətlər sistemini yenidən formalaşdırmağa çalışırlar.
BAKI, 28 aprel — Sputnik. ABŞ və müttəfiqlərinin qlobal üstünlüyünü saxlamaq səyləri qlobal təhlükəsizlik arxitekturasını aşındırıb.
"Qlobal hökmranlığı saxlamaq üçün ABŞ və onun müttəfiqləri qlobal təhlükəsizlik arxitekturasını ciddi şəkildə pozdular. Onların təşəbbüsü ilə silahlara nəzarət və etimadın möhkəmləndirilməsi ilə bağlı əsas sazişlərin dağıdılması və ləğvi prosesinə start verildi", - Şoyqu Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin görüşündə deyib.
O xatırladıb ki, əvvəlcə Vaşinqton SSRİ-ABŞ arasındakı Anti-Ballistik Raket Müqaviləsinə birtərəfli qaydada xitam verib, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılmasına dair Sazişi ratifikasiya etməkdən imtina edib, sonra Orta və Qısa mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxıb.
Şoyqunun sözlərinə görə, ŞƏT həmkarları ilə görüş son dərəcə qeyri-sabit beynəlxalq vəziyyət fonunda keçirilir.
"Yeni çoxqütblü dünyanın formalaşması prosesində kardinal, dinamik və geridönməz dəyişikliklər baş verir. Kollektiv Qərb buna fəal şəkildə qarşı çıxır", - Rusiyanın müdafiə naziri bildirib.
Rusiya Müdafiə Nazirliyinin rəhbəri əmindir ki, ABŞ və onun müttəfiqləri idarə olunan regional ittifaqlar yaratmaqla dövlətlərarası münasibətlər sistemini yenidən formalaşdırmağa çalışırlar: "Bu gün bu dağıdıcı xətt idarə olunan regional ittifaqların yaradılması yolu ilə dövlətlərarası münasibətlər sistemində islahatların aparılması istəyində özünü göstərir".
Onun sözlərinə görə, nəticədə onilliklər ərzində yaradılmış təhlükəsizlik mexanizmlərinin və əməkdaşlığın formatları sınaqdan keçirilir, dondurulmuş dövlətlərarası münaqişələr gərginləşir, lokal böhranların genişmiqyaslı münaqişələrə çevrilməsi ehtimalı artır.