https://sputnik.az/20230427/putin-ve-erdogan-akkuyu-aes-e-yanacagin-catdirilmasi-merasiminde-istirak-edirler-454200441.html
Putin və Ərdoğan Akkuyu AES-ə yanacağın çatdırılması mərasimində iştirak edirlər
Putin və Ərdoğan Akkuyu AES-ə yanacağın çatdırılması mərasimində iştirak edirlər
Sputnik Azərbaycan
Stansiya Türkiyənin cənubunda, Mersin vilayətində Aralıq dənizi sahilində yerləşir. AES-in tikintisinə ən yaxın yaşayış məntəqəsi Gülnar rayonunun Böyükəcəli... 27.04.2023, Sputnik Azərbaycan
2023-04-27T17:32+0400
2023-04-27T17:32+0400
2023-04-27T17:41+0400
rusiya
türkiyə
akkuyu atom elektrik stansiyası
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1b/454178705_0:0:2968:1671_1920x0_80_0_0_2906d307fe20631111514264a30297fd.jpg
Türkiyədə "Akkuyu" AES-in tikintisi layihəsi BOO modeli (tik - sahib ol - işlət, "build-own-operate") üzrə həyata keçirilən dünyada ilk AES layihəsidir və tamamilə Rusiya tərəfi tərəfindən maliyyələşdirilir.Bu gün Türkiyənin "Akkuyu" ilk atom elektrik stansiyasına nüvə yanacağının təhvil verilməsi mərasimi keçirilir.Tədbirdə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın videokonfrans vasitəsilə iştirakı planlaşdırılır.Stansiya Türkiyənin cənubunda, Mersin vilayətində Aralıq dənizi sahilində yerləşir. AES-in tikintisinə ən yaxın yaşayış məntəqəsi Gülnar rayonunun Böyükəcəli kəndidir.Qeyd edək ki, Rusiya Federasiyası hökuməti ilə Türkiyə hökuməti arasında Türkiyə Respublikasındakı Akkuyu ərazisində atom elektrik stansiyasının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında saziş 2010-cu il mayın 12-də imzalanıb. Həmin ilin dekabrında Rusiya tərəfi Türkiyədə "Akkuyu Nüklear" ASC layihə şirkətini təsis etdi və bu şirkət uzunmüddətli müqavilə çərçivəsində stansiyanın layihələndirilməsi, tikintisi, xidməti, istismarı və istifadədən çıxarılması üzrə öhdəlikləri öz üzərinə götürdü.Türkiyədə "Akkuyu" AES-in tikintisi layihəsi BOO (tik - sahib ol - işlət, "build-own-operate") modelinə əsasən həyata keçirilən dünyada ilk atom elektrik stansiyası layihəsidir. O, 100 faiz Rusiya tərəfi tərəfindən maliyyələşdirilir. "Rosatom" layihədəki 49%-ə qədər payını digər investorlara satmaq hüququna malikdir.Atom elektrik stansiyası layihəsinə Rusiyanın "Təzyiqli su reaktoru-1200 nəsil "III+" reaktorları ilə dörd enerji bloku daxildir. Dörd reaktorun ümumi gücü 4800 MVt olacaq.İstifadəyə verildikdən sonra AES-in ildə, təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcəyi planlaşdırılır. "Akkuyu" AES Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcək. Atom elektrik stansiyasının istifadə müddəti daha 20 il uzadılmaq imkanı ilə 60 ildir."Akkuyu" AES-in birinci enerji blokunun tikintisinə 2018-ci ilin aprelində, ikincisinə 2020-ci ilin aprelində, üçüncüsünə 2021-ci ilin martında, dördüncüsünə isə 2022-ci ilin iyulunda başlanılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1b/454178705_239:0:2968:2047_1920x0_80_0_0_4637a6dfb443434c02db6db467adae97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, akkuyu atom elektrik stansiyası, rusiya, видео
türkiyə, akkuyu atom elektrik stansiyası, rusiya, видео
Putin və Ərdoğan Akkuyu AES-ə yanacağın çatdırılması mərasimində iştirak edirlər
17:32 27.04.2023 (Yenilənib: 17:41 27.04.2023) Stansiya Türkiyənin cənubunda, Mersin vilayətində Aralıq dənizi sahilində yerləşir. AES-in tikintisinə ən yaxın yaşayış məntəqəsi Gülnar rayonunun Böyükəcəli kəndidir.
Türkiyədə "Akkuyu" AES-in tikintisi layihəsi BOO modeli (tik - sahib ol - işlət, "build-own-operate") üzrə həyata keçirilən dünyada ilk AES layihəsidir və tamamilə Rusiya tərəfi tərəfindən maliyyələşdirilir.
Bu gün Türkiyənin "Akkuyu" ilk atom elektrik stansiyasına nüvə yanacağının təhvil verilməsi mərasimi keçirilir.
Tədbirdə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın videokonfrans vasitəsilə iştirakı planlaşdırılır.
Stansiya Türkiyənin cənubunda, Mersin vilayətində Aralıq dənizi sahilində yerləşir. AES-in tikintisinə ən yaxın yaşayış məntəqəsi Gülnar rayonunun Böyükəcəli kəndidir.
Qeyd edək ki, Rusiya Federasiyası hökuməti ilə Türkiyə hökuməti arasında Türkiyə Respublikasındakı Akkuyu ərazisində atom elektrik stansiyasının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında saziş 2010-cu il mayın 12-də imzalanıb. Həmin ilin dekabrında Rusiya tərəfi Türkiyədə "Akkuyu Nüklear" ASC layihə şirkətini təsis etdi və bu şirkət uzunmüddətli müqavilə çərçivəsində stansiyanın layihələndirilməsi, tikintisi, xidməti, istismarı və istifadədən çıxarılması üzrə öhdəlikləri öz üzərinə götürdü.
Türkiyədə "Akkuyu" AES-in tikintisi layihəsi BOO (tik - sahib ol - işlət, "build-own-operate") modelinə əsasən həyata keçirilən dünyada ilk atom elektrik stansiyası layihəsidir. O, 100 faiz Rusiya tərəfi tərəfindən maliyyələşdirilir. "Rosatom" layihədəki 49%-ə qədər payını digər investorlara satmaq hüququna malikdir.
Atom elektrik stansiyası layihəsinə Rusiyanın "Təzyiqli su reaktoru-1200 nəsil "III+" reaktorları ilə dörd enerji bloku daxildir. Dörd reaktorun ümumi gücü 4800 MVt olacaq.
İstifadəyə verildikdən sonra AES-in ildə, təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcəyi planlaşdırılır. "Akkuyu" AES Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcək. Atom elektrik stansiyasının istifadə müddəti daha 20 il uzadılmaq imkanı ilə 60 ildir.
"Akkuyu" AES-in birinci enerji blokunun tikintisinə 2018-ci ilin aprelində, ikincisinə 2020-ci ilin aprelində, üçüncüsünə 2021-ci ilin martında, dördüncüsünə isə 2022-ci ilin iyulunda başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.