Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rusiya Türkiyəyə hər zaman kömək əlini uzatmağa hazırdır

© Sputnik / Александр Демьянчук Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı
 Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 27.04.2023
Abunə olmaq
Rusiya lideri qeyd edib ki, iki ölkə iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığı dərinləşdirmək, ticarətin artımını stimullaşdırmaq, əks investisiyaların axınını təşviq etməkdir.
BAKI, 27 aprel - Sputnik. Rusiya Türkiyəyə dostluq əlini uzatmağa hər zaman hazırdır, zəlzələdən sonra yenidənqurma işləri üçün tikinti materialları verməyə hazırdır. Bu sözləri Rusiya prezidenti Vladimir Putin "Akkuyu" AES-in enerji blokuna Rusiya istehsalı olan nüvə yanacağının verilməsi mərasimində deyib.
Rusiya və Türkiyə liderləri videokonfrans vasitəsilə Türkiyənin ilk AES-inin - "Akkuyu"nun 1 nömrəli enerji blokuna nüvə yanacağının çatdırılması münasibətilə keçirilən təntənəli mərasimdə iştirak ediblər.

“Biz Türkiyə hökumətinin, Türkiyə Prezidentinin infrastrukturun, mənzillərin, sosial obyektlərin bərpası baxımından həll etməli olduğu çətin vəzifələri başa düşürük və türk tərəfdaşlarına bundan sonra da lazımi kömək və yardım göstərməyə hazırıq”, - deyə Putin bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Türkiyə Respublikasına Rusiya tikinti materiallarının böyük partiyasının tədarükü barədə qərar qəbul edilib.
Bundan əlavə, Rusiya Federasiyası Prezidenti qeyd edib ki, Rusiya və Türkiyə iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığı dərinləşdirmək, ticarətin artımını stimullaşdırmaq, əks investisiyaların axınını təşviq etmək və hər iki ölkənin biznes strukturlarının bir-birinin bazarlarına daxil olmasına kömək etmək barədə razılığa gəliblər.
Putin onu da xatırladıb ki, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 62 milyard dolları keçib. Rusiya lideri bildirib ki, Rusiya Federasiyası Türkiyənin təbii qaza olan tələbatını ödəmək üçün əlindən gələni edəcək.

“Rusiya Türkiyəni enerji resursları, ilk növbədə təbii qazla etibarlı şəkildə təmin etməyə davam edəcək”, deyə Putin bildirib.

Xatırladaq ki, Rusiya və Türkiyə liderləri videokonfrans formatında Türkiyənin ilk Akkuyu AES-in 1 saylı enerji blokuna nüvə yanacağının verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0