Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan Putinlə Ukraynanı müzakirə etmək niyyətindədir - mənbə

© Sputnik / Александр Демьянчук Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı
 Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 27.04.2023
Abunə olmaq
Türkiyə liderinin administrasiyasından bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyası və Ukrayna liderləri ilə daim əlaqə saxlayır.
BAKI, 27 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan danışıqlarda bir daha Ankaranın Ukrayna ilə bağlı vasitəçilik təklifini, danışıqlara çağırmaq niyyətini fadə edəcək. Bu barədə Türkiyə liderinin administrasiyasındakı mənbə RİA Novosti-yə bildirib.
Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Bakı vaxtı ilə təxminən saat 16:00-da Putinlə Ərdoğan arasında telefon danışığını gözlənilir, bundan sonra prezidentlər Akkuyu AES-ə nüvə yanağının verilməsi mərasimində iştirak edəcək
"Ukraynadakı vəziyyət müzakirə olunacaq. Cənab prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyası və Ukrayna liderləri ilə daim əlaqə saxlayır. Cənab prezident hər fürsətdə tərəfləri danışıqlara çağırır, Ankaraya vasitəçilik təklif edir. Bu baxımdan hazırkı danışıqlar da istisna olmayacaq", - həmsöhbət bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0