https://sputnik.az/20230427/erdogan-akkuyu-aes-de-kecirilecek-merasime-qatilacaq---turkiye-prezident-administrasiyasi-454191812.html
Ərdoğan Akkuyu AES-də keçiriləcək mərasimə qatılacaq - Türkiyə Prezident Administrasiyası
Ərdoğan Akkuyu AES-də keçiriləcək mərasimə qatılacaq - Türkiyə Prezident Administrasiyası
Sputnik Azərbaycan
Türkiyə liderinin administrasiyasındakı mənbə RİA Novosti-yə bildirib ki, Ərdoğanın səhhəti ilə bağlı şayiələr siyasi məqsədlər güdür, o, fəaliyyətini normal... 27.04.2023, Sputnik Azərbaycan
2023-04-27T15:40+0400
2023-04-27T15:40+0400
2023-04-27T15:44+0400
rusiya
rusiya prezidenti vladimir putin
rəcəb tayyip ərdoğan
akkuyu atom elektrik stansiyası
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434703407_0:97:1024:673_1920x0_80_0_0_e31f8733aa1197111734f6e004b20362.jpg
BAKI, 27 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cümə axşamı Akkuyu AES-ə nüvə yanacağının çatdırılması mərasiminə videobağlantı vasitəsilə qoşulması Bakı vaxtı ilə saat 17:00-a təxirə salınıb. Bu barədə Türkiyə liderinin ofisindən məlumat verilib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Vladimir Putin Atom Elektrik Stansiyasındakı mərasimdən əvvəl Bakı vaxtı ilə saat 16:00 radələrində Ərdoğanla telefonla danışacaq. Məlumatlı mənbənin daha əvvəl TASS-a verdiyi məlumata görə, ilkin olaraq Türkiyə liderinin Bakı vaxtı ilə saat 13:30-da telefonla danışacağı güman edilirdi. Bundan başqa, Ərdoğanın mərasimdə şəxsən iştirakı gözlənilirdi. Lakin çərşənbə günü gecə yerli telekanallara canlı müsahibə zamanı prezident özünü pis hiss edib və müsahibəyə 20 dəqiqə fasilə verilib. Bundan sonra Türkiyə prezidenti qayıdıb və səhhətinin pisləşməsinin mədə problemi ilə bağlı olduğunu bildirib. Ertəsi gün o, həkimlərin məsləhəti ilə bütün ictimai tədbirləri ləğv edib və videobağlantı vasitəsilə Akkuyu AES-də keçiriləcək mərasimdə iştirak etmək qərarına gəlib. Türkiyə rəsmiləri Ərdoğanın vəziyyətinin yaxşı olduğunu bildiriblər. Türkiyə liderinin administrasiyasındakı mənbə RİA Novosti-yə bildirib ki, Ərdoğanın səhhəti ilə bağlı şayiələr siyasi məqsədlər güdür, o, fəaliyyətini normal qaydada davam etdirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434703407_115:0:1024:682_1920x0_80_0_0_a409841a6948ce06c57acc2c86904a7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, rəcəb tayyip ərdoğan, akkuyu atom elektrik stansiyası
rusiya prezidenti vladimir putin, rəcəb tayyip ərdoğan, akkuyu atom elektrik stansiyası
Ərdoğan Akkuyu AES-də keçiriləcək mərasimə qatılacaq - Türkiyə Prezident Administrasiyası
15:40 27.04.2023 (Yenilənib: 15:44 27.04.2023) Türkiyə liderinin administrasiyasındakı mənbə RİA Novosti-yə bildirib ki, Ərdoğanın səhhəti ilə bağlı şayiələr siyasi məqsədlər güdür, o, fəaliyyətini normal qaydada davam etdirir.
BAKI, 27 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cümə axşamı Akkuyu AES-ə nüvə yanacağının çatdırılması mərasiminə videobağlantı vasitəsilə qoşulması Bakı vaxtı ilə saat 17:00-a təxirə salınıb. Bu barədə Türkiyə liderinin ofisindən məlumat verilib.
"Videobağlantı vasitəsilə əlaqə saat 17:00-a təxirə salınıb", - mənbə bildirib.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Vladimir Putin Atom Elektrik Stansiyasındakı mərasimdən əvvəl Bakı vaxtı ilə saat 16:00 radələrində Ərdoğanla telefonla danışacaq.
Məlumatlı mənbənin daha əvvəl TASS-a verdiyi məlumata görə, ilkin olaraq Türkiyə liderinin Bakı vaxtı ilə saat 13:30-da telefonla danışacağı güman edilirdi.
Bundan başqa, Ərdoğanın mərasimdə şəxsən iştirakı gözlənilirdi. Lakin çərşənbə günü gecə yerli telekanallara canlı müsahibə zamanı prezident özünü pis hiss edib və müsahibəyə 20 dəqiqə fasilə verilib. Bundan sonra Türkiyə prezidenti qayıdıb və səhhətinin pisləşməsinin mədə problemi ilə bağlı olduğunu bildirib. Ertəsi gün o, həkimlərin məsləhəti ilə bütün ictimai tədbirləri ləğv edib və videobağlantı vasitəsilə Akkuyu AES-də keçiriləcək mərasimdə iştirak etmək qərarına gəlib. Türkiyə rəsmiləri Ərdoğanın vəziyyətinin yaxşı olduğunu bildiriblər.
Türkiyə liderinin administrasiyasındakı mənbə RİA Novosti-yə bildirib ki, Ərdoğanın səhhəti ilə bağlı şayiələr siyasi məqsədlər güdür, o, fəaliyyətini normal qaydada davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.