https://sputnik.az/20230426/sulh-cagirislari-marionetler-terefinden-adekvat-qebul-oluna-bilmez---zaxarova-454154539.html
Sülh çağırışları marionetlər tərəfindən adekvat qəbul oluna bilməz - Zaxarova
Sülh çağırışları marionetlər tərəfindən adekvat qəbul oluna bilməz - Zaxarova
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Kiyev rejimi Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə yönəlmiş istənilən ağıllı... 26.04.2023, Sputnik Azərbaycan
2023-04-26T17:32+0400
2023-04-26T17:32+0400
2023-04-26T17:50+0400
mariya zaxarova
rusiya
sülh
çağırış
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451232960_0:89:3322:1958_1920x0_80_0_0_9e379f28067f14f771f385c78fadcd7a.jpg
BAKI, 26 aprel — Sputnik. Moskva Pekinin danışıqlar prosesini qurmağa hazır olduğunu bilir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Çin Prezidenti Si Cinpinlə Vladimir Zelenski arasında telefon danışığını şərh edərkən deyib. Xatırladaq ki, Çin Prezidenti Si Cinpin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. Çin mediasının məlumatına görə, Si Cinpin Zelenskiyə Pekinin Ukraynaya nümayəndə göndərəcəyini deyib. ÇXR lideri həmçinin bildirib ki, dialoq və danışıqlar Ukrayna böhranının həlli üçün yeganə real yoldur. "Biz Çin tərəfinin danışıqlar prosesinin qurulması üçün səy göstərməyə hazır olduğunu bilirik. Biz prinsipial yanaşmalarımızın Çin Xarici İşlər Nazirliyinin fevralın 24-də dərc etdiyi müvafiq mövqe sənədinin müddəaları ilə əksəriyyət etibarilə uzlaşdığını görürük", - Zaxarova bildirib. Onun sözlərinə görə, problem yaxşı planların olmamasında deyil. "Hələ ki, Kiyev rejimi Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə yönəlmiş istənilən ağıllı təşəbbüslərdən imtina etdiyini nümayiş etdirir və sonda danışıqlara razılıq qəsdən qeyri-ciddi tələblərlə, ultimatumlarla şərtlənir. Ukrayna hakimiyyəti və onların Qərb kuratorları artıq dinc təşəbbüslərə son qoymaq bacarıqlarını nümayiş etdiriblər", - diplomat bildirib. Onun fikrincə, hər hansı sülh çağırışları Vaşinqtondan idarə olunan marionetlər tərəfindən adekvat qəbul oluna bilməz. Xatırladaq ki, Çin Rusiya-Ukrayna böhranının həlli üzrə 12 bənddən ibarət planını təqdim edib: bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək zərurəti, Moskva ilə Kiyev arasında birbaşa dialoqun bərpası, gərginliyin qarşısını almağa çağırış. Çin Ukrayna münaqişəsindən istifadə etməklə birtərəfli sanksiyalara da qarşı çıxıb. Çin hesab edir ki, sankiyalar böhranın həllinə kömək etmir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451232960_297:0:3026:2047_1920x0_80_0_0_d01728d0db9dcf109539d7af8a28b2ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, sülh, çağırış
mariya zaxarova, sülh, çağırış
Sülh çağırışları marionetlər tərəfindən adekvat qəbul oluna bilməz - Zaxarova
17:32 26.04.2023 (Yenilənib: 17:50 26.04.2023) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Kiyev rejimi Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə yönəlmiş istənilən ağıllı təşəbbüslərdən imtina etdiyini nümayiş etdirir.
BAKI, 26 aprel — Sputnik. Moskva Pekinin danışıqlar prosesini qurmağa hazır olduğunu bilir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Çin Prezidenti Si Cinpinlə Vladimir Zelenski arasında telefon danışığını şərh edərkən deyib.
Xatırladaq ki, Çin Prezidenti Si Cinpin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. Çin mediasının məlumatına görə, Si Cinpin Zelenskiyə Pekinin Ukraynaya nümayəndə göndərəcəyini deyib. ÇXR lideri həmçinin bildirib ki, dialoq və danışıqlar Ukrayna böhranının həlli üçün yeganə real yoldur.
"Biz Çin tərəfinin danışıqlar prosesinin qurulması üçün səy göstərməyə hazır olduğunu bilirik. Biz prinsipial yanaşmalarımızın Çin Xarici İşlər Nazirliyinin fevralın 24-də dərc etdiyi müvafiq mövqe sənədinin müddəaları ilə əksəriyyət etibarilə uzlaşdığını görürük", - Zaxarova bildirib.
Onun sözlərinə görə, problem yaxşı planların olmamasında deyil.
"Hələ ki, Kiyev rejimi Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə yönəlmiş istənilən ağıllı təşəbbüslərdən imtina etdiyini nümayiş etdirir və sonda danışıqlara razılıq qəsdən qeyri-ciddi tələblərlə, ultimatumlarla şərtlənir. Ukrayna hakimiyyəti və onların Qərb kuratorları artıq dinc təşəbbüslərə son qoymaq bacarıqlarını nümayiş etdiriblər", - diplomat bildirib.
Onun fikrincə, hər hansı sülh çağırışları Vaşinqtondan idarə olunan marionetlər tərəfindən adekvat qəbul oluna bilməz.
Xatırladaq ki, Çin Rusiya-Ukrayna böhranının həlli üzrə 12 bənddən ibarət planını təqdim edib: bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək zərurəti, Moskva ilə Kiyev arasında birbaşa dialoqun bərpası, gərginliyin qarşısını almağa çağırış. Çin Ukrayna münaqişəsindən istifadə etməklə birtərəfli sanksiyalara da qarşı çıxıb. Çin hesab edir ki, sankiyalar böhranın həllinə kömək etmir.