https://sputnik.az/20230426/kiraye-menzillerle-bagli-turkiye-praktikasini-azerbaycanda-tetbiq-etmek-mumkun-olmayacaq-454112852.html
Kirayə mənzillərlə bağlı Türkiyə praktikasını Azərbaycanda tətbiq etmək mümkün olmayacaq
Kirayə mənzillərlə bağlı Türkiyə praktikasını Azərbaycanda tətbiq etmək mümkün olmayacaq
Sputnik Azərbaycan
Daşınmaz əmlak üzrə ekspertlər hesab edirlər ki, həm kirayə, həm də satış qiymətini aşağı salmaq üçün ciddi tədbirlər görülməlidir. 26.04.2023, Sputnik Azərbaycan
2023-04-26T10:00+0400
2023-04-26T10:00+0400
2023-04-26T10:00+0400
kirayə mənzil
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42261/31/422613177_0:116:3044:1828_1920x0_80_0_0_455f30c98c7f0ee1ba158310706e12ae.jpg
BAKI, 26 aprel — Sputnik. Ötən ildən etibarən artıq Türkiyədə kirayə mənzillərdə qiymət artımının qarşısını almaq və vəziyyətə nəzarət etmək üçün qanun qüvvəyə minib. Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul olunan qanuna görə,1 iyul 2023-cü ilə qədər kirayə mənzillərin qiymətləri əvvəlki illə müqayisədə 25 faizindən yüksək ola bilməz. Artıq bu qanunun müddəti cari ilin sonunadək uzadılıb. Azərbaycanda da kirayə qiymətləri artmaqda davam edir. Vəziyyətə nəzarət etmək üçün hansı addımlar atmaq olar? Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məhdudiyyətlərlə vəziyyətə nəzarət etmək olmaz. Sadəcə, həm kirayə, həm də satış qiymətini aşağı salmaq üçün ciddi tədbirlər görülməlidir: "Rəqabət olmayan yerdə qiymət artır. Buna görə də tikinti şirkətləri üçün şərait yaradılmalıdır ki, bazarda əmlak çox olsun". Daşınmaz əmlak üzrə digər ekspert Ramil Qasımzadə isə o fikirdədir ki, Türkiyə ilə müqayisədə Azərbaycanda kirayə mənzillərdə bir o qədər də qiymət artımı olmayıb. İki-üç il öncə ilə müqayisədə təxminən 25-30 faiz artım var. Azərbaycanda qiymətləri bazar tənzimləyir və dövlətin bura müdaxiləsi yoxdur. Hazırda bazarda aylıq qiyməti 250 manatdan 4-5 min manatadək kirayə evlər var. "Qiymətlərin 30 faiz artımının səbəbi tələbin yüksək olması, təklifin isə tədricən azalmağa doğru getməsidir. Həm də qiyməti aşağı olan köhnə tikililər tədricən sökülür və bazardan çıxır. Bunun əvəzində, yeni tikililərdə mənzillərin sahəsi böyük olduğundan, qiymət də yüksək olur", - deyə o, bildirib. Ekspert əlavə edib ki, bahalaşmaya digər səbəb ildən-ilə xidmətlərə görə qiymətlərin artmasıdır: "Əvvəllər, köhnə binalara görə vətəndaşlar yalnız zibil pulu ödəyirdilərsə, yeni binalarda bağbandan tutmuş mühafizəçiyə qədər pul ödəyirlər. Əvvəl mənzilə görə cüzi kommunal xərc ödəyirdilər, indi isə kvadratmetrinə görə 30-50 qəpikdən hesablanmaqla pul ödəyirlər. Nəticə etibarı ilə bütün bunlar kirayə mənzil bazarına təsir edir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42261/31/422613177_313:0:3044:2048_1920x0_80_0_0_0035029533374bbf066be917c730ee64.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kirayə mənzil
Kirayə mənzillərlə bağlı Türkiyə praktikasını Azərbaycanda tətbiq etmək mümkün olmayacaq
Daşınmaz əmlak üzrə ekspertlər hesab edirlər ki, həm kirayə, həm də satış qiymətini aşağı salmaq üçün ciddi tədbirlər görülməlidir.
BAKI, 26 aprel — Sputnik. Ötən ildən etibarən artıq Türkiyədə kirayə mənzillərdə qiymət artımının qarşısını almaq və vəziyyətə nəzarət etmək üçün qanun qüvvəyə minib. Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul olunan qanuna görə,1 iyul 2023-cü ilə qədər kirayə mənzillərin qiymətləri əvvəlki illə müqayisədə 25 faizindən yüksək ola bilməz. Artıq bu qanunun müddəti cari ilin sonunadək uzadılıb.
Azərbaycanda da kirayə qiymətləri artmaqda davam edir. Vəziyyətə nəzarət etmək üçün hansı addımlar atmaq olar?
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məhdudiyyətlərlə vəziyyətə nəzarət etmək olmaz. Sadəcə, həm kirayə, həm də satış qiymətini aşağı salmaq üçün ciddi tədbirlər görülməlidir:
"Rəqabət olmayan yerdə qiymət artır. Buna görə də tikinti şirkətləri üçün şərait yaradılmalıdır ki, bazarda əmlak çox olsun".
Daşınmaz əmlak üzrə digər ekspert Ramil Qasımzadə isə o fikirdədir ki, Türkiyə ilə müqayisədə Azərbaycanda kirayə mənzillərdə bir o qədər də qiymət artımı olmayıb. İki-üç il öncə ilə müqayisədə təxminən 25-30 faiz artım var. Azərbaycanda qiymətləri bazar tənzimləyir və dövlətin bura müdaxiləsi yoxdur. Hazırda bazarda aylıq qiyməti 250 manatdan 4-5 min manatadək kirayə evlər var.
"Qiymətlərin 30 faiz artımının səbəbi tələbin yüksək olması, təklifin isə tədricən azalmağa doğru getməsidir. Həm də qiyməti aşağı olan köhnə tikililər tədricən sökülür və bazardan çıxır. Bunun əvəzində, yeni tikililərdə mənzillərin sahəsi böyük olduğundan, qiymət də yüksək olur", - deyə o, bildirib.
Ekspert əlavə edib ki, bahalaşmaya digər səbəb ildən-ilə xidmətlərə görə qiymətlərin artmasıdır: "Əvvəllər, köhnə binalara görə vətəndaşlar yalnız zibil pulu ödəyirdilərsə, yeni binalarda bağbandan tutmuş mühafizəçiyə qədər pul ödəyirlər. Əvvəl mənzilə görə cüzi kommunal xərc ödəyirdilər, indi isə kvadratmetrinə görə 30-50 qəpikdən hesablanmaqla pul ödəyirlər. Nəticə etibarı ilə bütün bunlar kirayə mənzil bazarına təsir edir".