https://sputnik.az/20230426/dyp-formula-1-le-bagli-muraciet-edib-454133475.html
DYP "Formula 1"-lə bağlı müraciət edib
DYP "Formula 1"-lə bağlı müraciət edib
Sputnik Azərbaycan
Daxili İşlər Nazirliyi “Formula 1" yarışlarında azarkeş zonasına gətirilməsi qadağan olan əşyaların siyahısını yayıb 26.04.2023, Sputnik Azərbaycan
2023-04-26T11:19+0400
2023-04-26T11:19+0400
2023-04-26T11:20+0400
dyp
paytaxt xəbərləri
formula-1 azərbaycan qran prisi
formula 1
sürücülər
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437943435_0:485:1440:1295_1920x0_80_0_0_7f1abf6d5e1e08c2fe06fbae7f19e65b.jpg
BAKI, 26 aprel — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi "2023 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Müraciətdə deyilir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək "2023 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə aprel ayının 28-dən may ayının 2-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur. "Formula 1" yarışlarına gətirilməsi qadağan olan əşyaların siyahısı açıqlanıb Daxili İşlər Nazirliyi "Formula 1 Azərbaycan Qran Prisi" yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olan əşyaların siyahısını yayıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, spirtli içkilər, hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla), qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla), odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar, lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter, soyuducu qutular, pikinik üçün səbətlər, iri əşyalar və bel çantaları, tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər, peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar və s. əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır. Qeyd edək ki, Azərbaycan Qran-prisi 28 - 30 apreldə gerçəkləşəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437943435_0:215:1440:1295_1920x0_80_0_0_3d80a3855bc3fe2c5fe0ea19084f7bed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dyp, formula-1 azərbaycan qran prisi, formula 1, sürücülər
dyp, formula-1 azərbaycan qran prisi, formula 1, sürücülər
DYP "Formula 1"-lə bağlı müraciət edib
11:19 26.04.2023 (Yenilənib: 11:20 26.04.2023) Daxili İşlər Nazirliyi “Formula 1" yarışlarında azarkeş zonasına gətirilməsi qadağan olan əşyaların siyahısını yayıb
BAKI, 26 aprel — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi "2023 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək "2023 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə aprel ayının 28-dən may ayının 2-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.
"Formula 1" yarışlarına gətirilməsi qadağan olan əşyaların siyahısı açıqlanıb
Daxili İşlər Nazirliyi "Formula 1 Azərbaycan Qran Prisi" yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olan əşyaların siyahısını yayıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, spirtli içkilər, hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla), qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla), odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar, lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter, soyuducu qutular, pikinik üçün səbətlər, iri əşyalar və bel çantaları, tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər, peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar və s. əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 28 - 30 apreldə gerçəkləşəcək.