https://sputnik.az/20230425/rusiyali-deputatdan-cagiris---taxil-sazisine-xitam-verilmelidir-454099974.html
Rusiyalı deputatdan çağırış - taxıl sazişinə xitam verilməlidir
Rusiyalı deputatdan çağırış - taxıl sazişinə xitam verilməlidir
Sputnik Azərbaycan
Rusiya Dövlət Dumasının Krım bölgəsindən deputatı bildirib ki, Kiyev hakimiyyəti Krıma doğru hücumlarını ört-basdır etmək üçün Qara dənizdəki humanitar... 25.04.2023, Sputnik Azərbaycan
2023-04-25T18:41+0400
2023-04-25T18:41+0400
2023-04-25T18:41+0400
taxıl
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332669_0:163:3061:1885_1920x0_80_0_0_830386e07de28cadf6d97fc20e0431f4.jpg
BAKI, 25 aprel — Sputnik. Rusiya Dövlət Dumasının Krım bölgəsindən deputatı Mixail Şeremet Krıma PUA hücumu ilə əlaqədar taxıl sazişinin şərtlərinə yenidən baxmağa çağırıb. Daha əvvəl Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, martın 23-də və aprelin 24-də Ukrayna humanitar dəhlizdən istifadə etməmək zəmanətini pozaraq, Qara dəniz donanmasının Sevastopoldakı bazalarına və Krımın mülki infrastrukturuna hücum edib, terror aktları mayın 18-dən sonra taxıl sazişinin uzadılmasını təhlükə altına qoyub. "Krıma son dron hücumlarını nəzərə alaraq, taxıl sazişi üzrə öhdəliklərimizin şərtlərini əsaslı şəkildə nəzərdən keçirmək lazımdır. Əgər Ukrayna tərəfi yarımadaya qarşı aqressiv niyyətlərini davam etdirsə, taxıl müqaviləsinə xitam verilməlidir", - Şeremet bildirib. Onun sözlərinə görə, taxıl sazişi gəmilərin və humanitar missiyaların rahat keçidinin mümkünlüyünü nəzərdə tutur. "Bu gün bu, fiziki cəhətdən mümkün deyil. Kiyev hakimiyyəti Krıma doğru hücumlarını ört-basdır etmək üçün Qara dənizdəki humanitar dəhlizlərdən istifadə edir. Buna son qoymağın vaxtı çatıb, xüsusən də Ukrayna taxıl satır, daha sonra isə əldə etdiyi gəlirlə mülki insanları məhv edən silah alır", - deputat bildirib. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. 2023-cü il martın 18-dən Rusiya sazişin müddətini 60 gün - mayın 18-dək uzadıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332669_165:0:2896:2048_1920x0_80_0_0_52deaf099946ca03cdcd0bc71bc9f37a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
taxıl, ukrayna
Rusiyalı deputatdan çağırış - taxıl sazişinə xitam verilməlidir
Rusiya Dövlət Dumasının Krım bölgəsindən deputatı bildirib ki, Kiyev hakimiyyəti Krıma doğru hücumlarını ört-basdır etmək üçün Qara dənizdəki humanitar dəhlizlərdən istifadə edir.
BAKI, 25 aprel — Sputnik. Rusiya Dövlət Dumasının Krım bölgəsindən deputatı Mixail Şeremet Krıma PUA hücumu ilə əlaqədar taxıl sazişinin şərtlərinə yenidən baxmağa çağırıb.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, martın 23-də və aprelin 24-də Ukrayna humanitar dəhlizdən istifadə etməmək zəmanətini pozaraq, Qara dəniz donanmasının Sevastopoldakı bazalarına və Krımın mülki infrastrukturuna hücum edib, terror aktları mayın 18-dən sonra taxıl sazişinin uzadılmasını təhlükə altına qoyub.
"Krıma son dron hücumlarını nəzərə alaraq, taxıl sazişi üzrə öhdəliklərimizin şərtlərini əsaslı şəkildə nəzərdən keçirmək lazımdır. Əgər Ukrayna tərəfi yarımadaya qarşı aqressiv niyyətlərini davam etdirsə, taxıl müqaviləsinə xitam verilməlidir", - Şeremet bildirib.
Onun sözlərinə görə, taxıl sazişi gəmilərin və humanitar missiyaların rahat keçidinin mümkünlüyünü nəzərdə tutur.
"Bu gün bu, fiziki cəhətdən mümkün deyil. Kiyev hakimiyyəti Krıma doğru hücumlarını ört-basdır etmək üçün Qara dənizdəki humanitar dəhlizlərdən istifadə edir. Buna son qoymağın vaxtı çatıb, xüsusən də Ukrayna taxıl satır, daha sonra isə əldə etdiyi gəlirlə mülki insanları məhv edən silah alır", - deputat bildirib.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. 2023-cü il martın 18-dən Rusiya sazişin müddətini 60 gün - mayın 18-dək uzadıb.