Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinin köməkçisi Qərb şirkətlərinin Rusiyaya qayıtmaq arzusundan danışdı

© Sputnik / Murad OrujovMaksim Oreşkin
Maksim Oreşkin - Sputnik Azərbaycan, 1920, 25.04.2023
Abunə olmaq
Rusiya Federasiyası Prezidentinin köməkçisi Maksim Oreşkin bildirib ki, Qərb nə vaxtsa yenidən iqtisadi əməkdaşlıq etmək istəsə belə, bu əməkdaşlığa böyük sualla baxmaq lazım gələcək.
BAKI, 25 aprel — Sputnik. Əgər Qərb Rusiya ilə iqtisadi əməkdaşlığı bərpa etmək istəsə, bu sual altında olacaq, çünki biz bunun bədəlini artıq bilirik. Bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Maksim Oreşkin "Bilik. Birinci" marafonunda çıxış edərkən bildirib.
"Qərb nə vaxtsa yenidən iqtisadi əməkdaşlıq etmək istəsə belə, bu əməkdaşlığa böyük sualla baxmaq lazım gələcək, çünki biz belə əməkdaşlığın nəticəsini artıq bilirik", - Oreşkin bildirib.
Onun sözlərinə görə, bir çox Qərb şirkətləri Rusiyanı tərk etdiklərini açıq şəkildə bəyan ediblər, lakin indi onlar öz avadanlıq və məhsullarını ölkəyə idxal etməyə çalışırlar.
"Çünki Qərb şirkətləri üçün bu, nəhəng bazardır. Rusiya ilə fasilə onlar üçün çox ağrılı hekayədir. Bizim şirkətlər üçün isə bu, fürsətdir, lakin onlar üçün bu, ağrılı hekayədir", - Oreşkin bildirib.
O, buna misal olaraq bu yaxınlarda xarici marka içkinin Rusiya bazarına qayıtmaq qərarına gəlməsini misal göstərib.
"Bəs biz onların geri qayıtmasına icazə verməliyik? ÇBu baxımdan bu cür Rusiya bizneslərinə və şirkətlərinə dəstək lazımdır", - prezidentin köməkçisi qeyd edib.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar Qərb Rusiyaya sanksiya təzyiqlərini artırıb, bir çox Avropa şirkəti Rusiya bazarını tərk edib. Ötən ilin fevralından Avropa İttifaqı artıq Rusiya Federasiyasına qarşı on sanksiya paketi tətbiq edib. Rusiya prezidenti Vladimir Putin dəfələrlə qeyd edib ki, ölkəni cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Moskva dəfələrlə bəyan edib ki, ölkə sanksiyaların öhdəsindən gələcək.
Rusiyadakı Belçika-Lüksemburq Ticarət Palatasının baş direktoru Oleq Prozorov qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Qərb şirkətlərinin üzərinə ağır psixoloji yük qoyur, lakin buna baxmayaraq, onlar Rusiya bazarında öz varlığını qoruyub saxlamağa çalışırlar.
Xəbər lenti
0