Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Neft və qazın qiyməti davamlı olaraq artacaq - Medvedev

© Sputnik / Юлия Зырянова / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 25.04.2023
Abunə olmaq
Sabiq prezident bildirib ki, min kubmetr qaz üçün minlərlə avronun tezliklə geri qayıdacağı güman edilir.
BAKI, 25 aprel — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev enerji qiymətlərinin davamlı olaraq artacağını proqnozlaşdırıb.
Bu barədə TASS Dmitri Medvedevin "Bilik" maarifləndirmə marafonunda çıxışına istinadən xəbər verib.
"Enerji istehlak edən ölkələr üçün tendensiyalar məyusedicidir: artım davam edəcək", - deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini hesab edir.
Medvedev bir barel üçün təxminən 90 dollar təşkil edən "Brent" markalı Şimali Dəniz neftinin qiymətinə də diqqət yetirib.
Sabiq prezident və baş nazir həm neftin, həm də qazın qiymətinin artacağına inanır.
"Çox güman ki, min kubmetr qaz üçün minlərlə avro tezliklə geri qayıdacaq", - deyə Şuranın sədr müavini əlavə edib.
Ötən həftə Çinin Baş Gömrük İdarəsinin mətbuat xidməti bildirib ki, 2023-cü ilin yanvar-mart ayları ərzində Rusiyadan Çinə boru kəməri ilə qaz nəqlinin dəyəri 2,2 dəfə artaraq 1,76 milyard dollar təşkil edib.
Aprelin ikinci yarısında Londonun "ICE" birjasında "Brent" neftinin iyun füçerslərinin qiyməti 3,91% ucuzlaşaraq bir barel üçün 82,95 dollar olub.
Xəbər lenti
0