QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

KİV: Rusiya Qarabağdakı sülhməramlıların komandanını dəyişir

© Photo : APAAndrey Volkov
Andrey Volkov - Sputnik Azərbaycan, 1920, 25.04.2023
Abunə olmaq
Yeni komandanın rütbəsi general-polkovnikdir, Rusiya müharibələrində iştirak etmiş mahir hərbçidir və Rusiya Müdafiə Nazirliyində iradəsi, keyfiyyətləri ilə tanınır.
BAKI, 25 aprel — Sputnik. Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinə yeni komandan təyin olunub.
Bu barədə Ermənistanın "Hraparak" nəşri öz mənbəsinə istinadən məlumat yayıb.
"Rusiya hökuməti Qarabağdakı sülhməramlıların komandanı Andrey Volkovu başqa bir şəxslə əvəzləyərək geri çağırmaq qərarına gəlib.
Yeni komandanın rütbəsi general-polkovnikdir, Rusiya müharibələrində iştirak etmiş mahir hərbçidir və Rusiya Müdafiə Nazirliyində iradəsi, keyfiyyətləri ilə tanınır. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir, onunla uzun illər çalışıb. O, vəziyyəti nizamlamağa gəlir", - nəşr yazır.
Nəşr qeyd edir ki, Volkov artıq getməyə hazırlaşır və gözlənilir ki, yeni komandan yaxın günlərdə Qarabağa gələcək.
Xəbər lenti
0