Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kəşfiyyat və müdafiə nazirləri Rusiyaya toplaşırlar: Akar və Fidan da Moskvadadır

© AFP 2024 / OZAN KOSEHulusi Akar və Hakan Fidan, arxiv şəkli
Hulusi Akar və Hakan Fidan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.04.2023
Abunə olmaq
Ötən gün İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri general-mayor Məhəmmədrza Gərayi Aştianinin də Rusiyaya səfəri başlayıb.
BAKI, 25 aprel — Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Moskvadadır.
Bu barədə NTV məlumat yayıb.
Onlar Moskvada Rusiya, Türkiyə, İran və Suriyadan olan həmkarları ilə görüşəcəklər.
Xatırladaq ki, ötən gün İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri general-mayor Məhəmmədrza Gərayi Aştianinin Rusiyaya səfəri başlayıb.
G.Aştiani Türkiyə, Rusiya, Suriya və İran müdafiə nazirləri arasında keçiriləcək dördtərəfli görüşdə iştirak etmək üçün Moskvaya səfər edib.
Xəbər lenti
0