https://sputnik.az/20230425/a-ve-yaponiya-abs-in-rusiyaya-butun-ixracati-dayandirmaq-teklifine-qarsi-cixiblar-454099796.html
Aİ və Yaponiya ABŞ-ın Rusiyaya bütün ixracatı dayandırmaq təklifinə qarşı çıxıblar
Aİ və Yaponiya ABŞ-ın Rusiyaya bütün ixracatı dayandırmaq təklifinə qarşı çıxıblar
Sputnik Azərbaycan
ABŞ bu təklifi Vaşinqtonun Rusiyaya Qərb texnologiyalarının idxalını davam etdirməyə imkan verən mövcud sistemdən artan məyusluğu fonunda edib. 25.04.2023, Sputnik Azərbaycan
2023-04-25T10:50+0400
2023-04-25T10:50+0400
2023-04-25T11:20+0400
rusiya
abş
yaponiya
avropa ittifaqı
g7
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445565572_0:183:2992:1866_1920x0_80_0_0_8348986353641febc1e74849957b8b61.jpg
BAKI, 25 aprel - Sputnik. Yaponiya və Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri ABŞ-ın Yeddilik Qrupu (G7) ölkələrinin Rusiyaya bütün ixracatını yasaqlamaq təklifinə qarşı çıxıblar.Bu barədə “The Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.“Bizim nöqteyi-nəzərimizə görə, bu, sadəcə olaraq mümkün deyil”, - nəşrin mənbələrindən biri bildirib.İki məmurun qəzetə verdiyi açıqlamaya görə, ABŞ bu təklifi Vaşinqtonun Rusiyaya Qərb texnologiyalarının idxalını davam etdirməyə imkan verən mövcud sistemdən artan məyusluğu fonunda edib.Xatırladaq ki, bu günlərdə G7 xarici işlər nazirləri Ukraynaya dəstəyi davam etdirmək və Rusiyaya qarşı sanksiyaları saxlamaq, habelə məhdudlaşdırıcı tədbirlərə əməl olunmasına nəzarəti gücləndirmək üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər.Onlar bu barədə Yaponiyanın Karuizava qəsəbəsində (Naqano prefekturası) keçirilən G7 xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna ətrafında vəziyyətə həsr olunmuş sessiyada bildiriblər.“Böyük yeddilik Rusiyaya qarşı sərt sanksiyaları davam etdirəcəyini, həmçinin Ukraynaya güclü dəstəyi davam etdirəcəyini təsdiqləyib”, - bəyanatda qeyd olunub.Bundan əlavə, onlar “sanksiyalardan yayınma ilə mübarizə və üçüncü ölkələr tərəfindən Rusiyaya silah tədarükünə qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər”.Bununla bağlı Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi iclasa sədrlik edərək, “Qlobal Cənub ölkələri də daxil olmaqla, ölkələrlə əməkdaşlığın gücləndirilməsinin” vacibliyini qeyd edib. Belə ki, bu inkişaf etməkdə olan dövlətlər neytral mövqe tutaraq Moskvaya qarşı sanksiya siyasətinə qoşulmurlar.G7 xarici işlər nazirləri Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını da pisləyib. Hayasi, bununla əlaqədar olaraq bu qərarın vəziyyətin daha da gərginləşməsinə səbəb olacağı fikrini ifadə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445565572_131:0:2862:2048_1920x0_80_0_0_3ad20c58596399c6c04a99176cb6886f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, yaponiya, avropa ittifaqı, g7
abş, yaponiya, avropa ittifaqı, g7
Aİ və Yaponiya ABŞ-ın Rusiyaya bütün ixracatı dayandırmaq təklifinə qarşı çıxıblar
10:50 25.04.2023 (Yenilənib: 11:20 25.04.2023) ABŞ bu təklifi Vaşinqtonun Rusiyaya Qərb texnologiyalarının idxalını davam etdirməyə imkan verən mövcud sistemdən artan məyusluğu fonunda edib.
BAKI, 25 aprel - Sputnik. Yaponiya və Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri ABŞ-ın Yeddilik Qrupu (G7) ölkələrinin Rusiyaya bütün ixracatını yasaqlamaq təklifinə qarşı çıxıblar.
Bu barədə “The Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Bizim nöqteyi-nəzərimizə görə, bu, sadəcə olaraq mümkün deyil”, - nəşrin mənbələrindən biri bildirib.
İki məmurun qəzetə verdiyi açıqlamaya görə, ABŞ bu təklifi Vaşinqtonun Rusiyaya Qərb texnologiyalarının idxalını davam etdirməyə imkan verən mövcud sistemdən artan məyusluğu fonunda edib.
Xatırladaq ki, bu günlərdə G7 xarici işlər nazirləri Ukraynaya dəstəyi davam etdirmək və Rusiyaya qarşı sanksiyaları saxlamaq, habelə məhdudlaşdırıcı tədbirlərə əməl olunmasına nəzarəti gücləndirmək üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Onlar bu barədə Yaponiyanın Karuizava qəsəbəsində (Naqano prefekturası) keçirilən G7 xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna ətrafında vəziyyətə həsr olunmuş sessiyada bildiriblər.
“Böyük yeddilik Rusiyaya qarşı sərt sanksiyaları davam etdirəcəyini, həmçinin Ukraynaya güclü dəstəyi davam etdirəcəyini təsdiqləyib”, - bəyanatda qeyd olunub.
Bundan əlavə, onlar “sanksiyalardan yayınma ilə mübarizə və üçüncü ölkələr tərəfindən Rusiyaya silah tədarükünə qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər”.
Bununla bağlı Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi iclasa sədrlik edərək, “Qlobal Cənub ölkələri də daxil olmaqla, ölkələrlə əməkdaşlığın gücləndirilməsinin” vacibliyini qeyd edib. Belə ki, bu inkişaf etməkdə olan dövlətlər neytral mövqe tutaraq Moskvaya qarşı sanksiya siyasətinə qoşulmurlar.
G7 xarici işlər nazirləri Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını da pisləyib. Hayasi, bununla əlaqədar olaraq bu qərarın vəziyyətin daha da gərginləşməsinə səbəb olacağı fikrini ifadə edib.