Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan və Ermənistana bütün lazımi yardımı göstərməyə hazırıq - RF XİN

© AFP 2024 / KIRILL KUDRYAVTSEVRusiya XİN binası, arxiv şəkli
Rusiya XİN binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.04.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyi xarici Qərb oyunçularına Rf-ə qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qızışdırmağa cəhd etməməyə çağırıb.
BAKI, 24 aprel - Sputnik. Rusiya Azərbaycan və Ermənistana həm siyasi səviyyədə, həm də yerdə - Rusiya sülhməramlı kontingentinin iştirakı ilə bütün lazımi yardımı göstərməyə hazırdır. TASS xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Rusiya Azərbaycan və Ermənistanı dərhal mövcud razılaşmalara qayıtmağa çağırır.
O da bildirilir ki, Moskva Qarabağda atəşkəs rejiminin pozulması hallarının sayının artmasından son dərəcə narahatdır.

"Həddindən artıq narahatlıqla atəşkəs rejiminin pozulması hallarının sayının artdığını qeyd edirik. <...> Tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq", - deyə Rusiya XİN-i qeyd edir.

Ölkənin Xarici İşlər Nazirliyi həmçinin xarici Qərb oyunçularına və öz konyunkturçu gündəmləri üzərində işləyən yerli rusofob elementlərə Rusiya Federasiyasına qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qızışdırmağa cəhd etməmək barədə xəbərdarlıq edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0