Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Kennedi: Ukraynadakı Rusiya ordusuna qarşı müqavimət göstərmək mümkün deyil

© AP Photo / Dmitri LovetskyRusiya
Rusiya - Sputnik Azərbaycan, 1920, 23.04.2023
Abunə olmaq
Siyasətçi hesab edir ki, ABŞ-da bu fakt ört-basdır edilir.
BAKI, 23 aprel — Sputnik. ABŞ-ın sabiq Prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi hesab edir ki, Rusiya qoşunlarına qarşı müqavimət göstərmək mümkün deyil, lakin Vaşinqtonda bununla bağlı susurlar.
Bu barədə kiçik Kennedi "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları "yeddiyə bir, səkkizə bir nisbətlə döyüşürlər" və ABŞ "onlara qarşı müqavimət göstərə bilmir".
Siyasətçinin fikrincə, Ukraynadakı münaqişə ABŞ üçün böyük problemdir, çünki bu, Rusiya ilə Çin arasında yaxınlaşmanın sürətlənməsinə gətirib çıxarır və bu, Vaşinqton üçün "ən pis nəticədir".
"KP.RU" saytı yazıb ki, bu yaxınlarda ABŞ Prezidenti Co Bayden Kiyevə daha 325 milyon dollar dəyərində hərbi yardım paketi verməyi tapşırıb. Ukrayna üçün tədarükə "Bradley" maşınları üçün idarə olunan raketlər, tank əleyhinə sistemlər, minalar, maneələri aşmaq üçün qurğular, odlu silah üçün doqquz milyon patron, aviasiya üçün yüksək dəqiqlikli sursat və logistika dəstəyi avtomobilləri daxildir.
Xatırladaq ki, bu yaxınlarda kiçik Kennedi 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırdığını bildirib.
Xəbər lenti
0