https://sputnik.az/20230422/cin-ve-turkiye-sirketleri-rusiyada-biznes-qurmaq-isteklerini-bildiribler-454038906.html
Çin və Türkiyə şirkətləri Rusiyada biznes qurmaq istəklərini bildiriblər
Çin və Türkiyə şirkətləri Rusiyada biznes qurmaq istəklərini bildiriblər
Sputnik Azərbaycan
"Yakov və Partnyorları" konsaltinq şirkətinin rəhbəri Yakov Sergienko bildirib ki, Rusiya müəssisələri öz tədarüklərini digər ölkələrə şaxələndirmək üçün... 22.04.2023, Sputnik Azərbaycan
2023-04-22T10:01+0400
2023-04-22T10:01+0400
2023-04-22T10:01+0400
rusiya
hindistan
hindistan səfirliyi
bəə
birləşmiş ərəb əmirlikləri
dubay
dubay-bakı aviareysi
iran
iran
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445565572_0:183:2992:1866_1920x0_80_0_0_8348986353641febc1e74849957b8b61.jpg
BAKI, 22 aprel - Sputnik. Çin, İran və Türkiyədən olan şirkətlər Rusiyada biznes qurmağı düşünür və burada yerli istehsalı inkişaf etdirməyə hazırdırlar. Bu sğzləri McKinsey-in keçmiş Rusiya bölməsinin tərəfdaşı, "Yakov və Partnyorları" konsaltinq şirkətinin rəhbəri Yakov Sergienko RİA Novosti-yə müsahibəsində bildirib. “Ümumiyyətlə, Çin, İran, Türkiyə və digər ölkələrin şirkətləri Rusiyada işləmək istəyir və biznes əldə etməyi düşünürlər”, - Sergienko bildirib.Onun sözlərinə görə, Çin şirkətləri maşınların və digər istehsal elementlərinin dəyişdirilməsi baxımından Rusiyanın dağ-mədən sənayesi ilə qarşılıqlı əlaqələrin artırılmasını nəzərdən keçirir."Avtomobil, aviasiya sənayesində böyük potensial var. Çinli həmkarlar buna hazırdırlar və artıq yerli istehsalı fəal şəkildə inkişaf etdirirlər", - o, əlavə edib. Mənbə bildirib ki, Rusiya müəssisələri də öz tədarüklərini digər ölkələrə şaxələndirmək üçün imkanlar axtarırlar. Ekspertlər ikitərəfli investisiyalar üçün yaxşı potensial görürlər, xüsusən də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində."Bazarın potensialını və müştərilərimizin ehtiyaclarını nəzərə alaraq, biz BƏƏ-də təklifimizi və mövcudluğumuzu inkişaf etdiririk: Ras Al Xayma, Dubay, Abu Dabi. Yaxın gələcəkdə biz bəzi əmirliklərin bazarında mövcudluğumuzu genişləndirəcəyik. Həmçinin BƏƏ şirkətləri üçün xidmətlər təklif etməyə başlayacağıq", o, deyib. Sergienko qeyd edib ki, oxşar tendensiyalar Hindistanda da müşahidə olunur. O, əmindir ki, hər iki ölkə ticarət-iqtisadi əlaqələrin inkişafından açıq şəkildə faydalanacaq və Rusiya biznesi nəhayət, bu bazarı ciddi qəbul etməyə başlayıb.
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445565572_131:0:2862:2048_1920x0_80_0_0_3ad20c58596399c6c04a99176cb6886f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hindistan, hindistan səfirliyi, bəə, birləşmiş ərəb əmirlikləri, dubay, dubay-bakı aviareysi, iran, iran, türkiyə
hindistan, hindistan səfirliyi, bəə, birləşmiş ərəb əmirlikləri, dubay, dubay-bakı aviareysi, iran, iran, türkiyə
Çin və Türkiyə şirkətləri Rusiyada biznes qurmaq istəklərini bildiriblər
"Yakov və Partnyorları" konsaltinq şirkətinin rəhbəri Yakov Sergienko bildirib ki, Rusiya müəssisələri öz tədarüklərini digər ölkələrə şaxələndirmək üçün imkanlar axtarırlar.
BAKI, 22 aprel - Sputnik. Çin, İran və Türkiyədən olan şirkətlər Rusiyada biznes qurmağı düşünür və burada yerli istehsalı inkişaf etdirməyə hazırdırlar. Bu sğzləri McKinsey-in keçmiş Rusiya bölməsinin tərəfdaşı, "Yakov və Partnyorları" konsaltinq şirkətinin rəhbəri Yakov Sergienko RİA Novosti-yə müsahibəsində bildirib.
“Ümumiyyətlə, Çin, İran, Türkiyə və digər ölkələrin şirkətləri Rusiyada işləmək istəyir və biznes əldə etməyi düşünürlər”, - Sergienko bildirib.
Onun sözlərinə görə, Çin şirkətləri maşınların və digər istehsal elementlərinin dəyişdirilməsi baxımından Rusiyanın dağ-mədən sənayesi ilə qarşılıqlı əlaqələrin artırılmasını nəzərdən keçirir.
"Avtomobil, aviasiya sənayesində böyük potensial var. Çinli həmkarlar buna hazırdırlar və artıq yerli istehsalı fəal şəkildə inkişaf etdirirlər", - o, əlavə edib.
Mənbə bildirib ki, Rusiya müəssisələri də öz tədarüklərini digər ölkələrə şaxələndirmək üçün imkanlar axtarırlar. Ekspertlər ikitərəfli investisiyalar üçün yaxşı potensial görürlər, xüsusən də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində.
"Bazarın potensialını və müştərilərimizin ehtiyaclarını nəzərə alaraq, biz BƏƏ-də təklifimizi və mövcudluğumuzu inkişaf etdiririk: Ras Al Xayma, Dubay, Abu Dabi. Yaxın gələcəkdə biz bəzi əmirliklərin bazarında mövcudluğumuzu genişləndirəcəyik. Həmçinin BƏƏ şirkətləri üçün xidmətlər təklif etməyə başlayacağıq", o, deyib.
Sergienko qeyd edib ki, oxşar tendensiyalar Hindistanda da müşahidə olunur. O, əmindir ki, hər iki ölkə ticarət-iqtisadi əlaqələrin inkişafından açıq şəkildə faydalanacaq və Rusiya biznesi nəhayət, bu bazarı ciddi qəbul etməyə başlayıb.