Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Banqladeş Rusiyaya “Ruppur” AES-inə görə pulu yuanla ödəyəcək

© AP Photo / Kin CheungPul
Pul - Sputnik Azərbaycan, 1920, 21.04.2023
Abunə olmaq
Gələcək atom elektrik stansiyasının təməlində ilk daş 2013-cü ilin payızında qoyulub.
BAKI, 21 aprel — Sputnik. Banqladeş “Ruppur” Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün Rusiyaya 300 milyon dolları yuanla ödəyəcək. Bu barədə ABŞ-ın “Bloomberg” xəbər agentliyi məlumat yayıb.

“Banqladeş atom elektrik stansiyasının tikintisi üçün Rusiyaya təxminən 300 milyon dolları yuanla ödəməyə razılaşıb”, - mənbə bildirib.

Nəşr ödəniş mexanizminin bir həftə əvvəl razılaşdırıldığını qeyd edib.
“Ruppur” Banqladeşin paytaxtı Dəkkədən 160 km aralıda, Padma çayının şərq sahilində yerləşən, Rusiyanın AES-2006 layihəsinə əsasən tikilməkdə olan atom elektrik stansiyasıdır. Gələcək stansiyanın təməlində ilk daş 2013-cü ilin payızında qoyulub.
RİA Novosti aprelin 17-də ABŞ-ın Varşavadakı səfiri Mark Bjezinskinin açıqlamasına istinadən xəbər verir ki, ABŞ hökuməti Polşada yeni kiçik nüvə reaktorlarının inşası üçün 4 milyard dollar ayırmağa hazırlaşır.
Bundan əvvəl “Rosatom” dövlət korporasiyası 2022-ci ildə Finlandiyada “Xanxikivi-1” atom AES-nin tikintisi üzrə müqaviləni birtərəfli qaydada ləğv edən “Fennovoima” layihə şirkətindən 920,5 milyon avro məbləğində kreditin vaxtından tez qaytarılmasını tələb edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0