https://sputnik.az/20230420/rusiyada-illik-inflyasiya-azalib-453991862.html
Rusiyada illik inflyasiya azalıb
Rusiyada illik inflyasiya azalıb
Sputnik Azərbaycan
Bu, 2020-ci ilin martından bəri Rusiyada inflyasiyanın minimum dəyəridir. 20.04.2023, Sputnik Azərbaycan
2023-04-20T18:47+0400
2023-04-20T18:47+0400
2023-04-20T18:47+0400
rusiya
rusiya
inflyasiya
inflyasiya
azalma
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240005_0:160:3072:1888_1920x0_80_0_0_8cb126bd28efa4ed0c4c2211952cfb8c.jpg
BAKI, 20 aprel — Sputnik. Rusiyada illik ifadədə inflyasiya aprelin 17-də bir həftə əvvəlki 3,15%-ə qarşı 2,82%-ə enib. Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin "Mövcud qiymət vəziyyəti haqqında" icmalından belə nəticəyə gəlmək olar. "2023-cü il aprelin 11-dən aprelin 17-dək olan həftədə inflyasiya 0,04%-ə qədər azalıb. İllik ifadədə qiymət artım tempi illik müqayisədə 2,82%-ə qədər azalmaqda davam edib", - sənəddə belə deyilir. Bu, 2020-ci ilin martından bəri Rusiyada inflyasiyanın minimum dəyəridir (o zaman 2,5% idi). Nazirlik qeyd edir ki, inflyasiyanın azalmasına əsas töhfə daxili reyslər üçün ucuz aviabiletlərin bərpası fonunda xidmət sektorunda qiymət artımının azalması (0,06%), habelə məişət xidmətlərinin qiymətlərinin artımının yavaşlaması olub. "Qida sektorunda meyvə-tərəvəzin bahalaşması ilə qiymətlər 0,08% qalxıb. Digər ərzaq məhsulları üzrə isə sıfıra yaxın qiymət artımı var. Qeyri-ərzaq seqmentində isə ardıcıl ikinci həftədir ki, qiymət artımı müşahidə olunmur", - deyə İqtisadi İnkişaf Nazirliyindən bildirilib. Rusiyanın İqtisadi İnkişaf Nazirliyi il üçün inflyasiyanın 5,3% olacağını proqnozlaşdırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240005_171:0:2902:2048_1920x0_80_0_0_05cdeae8bdfaafbbe2d4a3a248b73bb2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, inflyasiya, inflyasiya, azalma
rusiya, inflyasiya, inflyasiya, azalma
Rusiyada illik inflyasiya azalıb
Bu, 2020-ci ilin martından bəri Rusiyada inflyasiyanın minimum dəyəridir.
BAKI, 20 aprel — Sputnik. Rusiyada illik ifadədə inflyasiya aprelin 17-də bir həftə əvvəlki 3,15%-ə qarşı 2,82%-ə enib.
Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin "Mövcud qiymət vəziyyəti haqqında" icmalından belə nəticəyə gəlmək olar.
"2023-cü il aprelin 11-dən aprelin 17-dək olan həftədə inflyasiya 0,04%-ə qədər azalıb. İllik ifadədə qiymət artım tempi illik müqayisədə 2,82%-ə qədər azalmaqda davam edib", - sənəddə belə deyilir.
Bu, 2020-ci ilin martından bəri Rusiyada inflyasiyanın minimum dəyəridir (o zaman 2,5% idi).
Nazirlik qeyd edir ki, inflyasiyanın azalmasına əsas töhfə daxili reyslər üçün ucuz aviabiletlərin bərpası fonunda xidmət sektorunda qiymət artımının azalması (0,06%), habelə məişət xidmətlərinin qiymətlərinin artımının yavaşlaması olub.
"Qida sektorunda meyvə-tərəvəzin bahalaşması ilə qiymətlər 0,08% qalxıb. Digər ərzaq məhsulları üzrə isə sıfıra yaxın qiymət artımı var. Qeyri-ərzaq seqmentində isə ardıcıl ikinci həftədir ki, qiymət artımı müşahidə olunmur", - deyə İqtisadi İnkişaf Nazirliyindən bildirilib.
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi il üçün inflyasiyanın 5,3% olacağını proqnozlaşdırır.