https://sputnik.az/20230420/hec-bir-avropali-esger-ukrayna-erazisine-ayaq-basmayacaq---bundestaq-453997493.html
Heç bir avropalı əsgər Ukrayna ərazisinə ayaq basmayacaq - Bundestaq
Heç bir avropalı əsgər Ukrayna ərazisinə ayaq basmayacaq - Bundestaq
Sputnik Azərbaycan
Bundestaqda qeyd ediblər ki, MiQ-29 təyyarəsi ilə bağlı "hər şey fərqlidir". 20.04.2023, Sputnik Azərbaycan
2023-04-20T22:26+0400
2023-04-20T22:26+0400
2023-04-20T22:26+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
bundestaq
almaniya bundestaqı
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451232982_0:129:2500:1535_1920x0_80_0_0_b2b9fef4064e2abedd1f7f7407b25e2b.jpg
BAKI, 20 aprel — Sputnik. Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmermann hər hansı bir avropalı əsgərin Ukrayna ərazisində olmasını istisna edərək, "bir alman və ya avropalı əsgərin" oraya ayaq basmayacağını deyib. Bu barədə Rusiya mediası "Bild" qəzetininə istinadən xəbər verib. "Ukraynada quru qoşunlar olmayacaq. Heç bir alman və ya avropalı əsgər Ukrayna torpağına ayaq basmayacaq", - deyə qəzet onun sözlərini sitat gətirib. Ştrak-Zimmermann həmçinin Ukraynaya "Tornado" və "Eurofighter" qərb qırıcılarının tədarükünü istisna edib. "Ukraynada nə "Tornado", nə də "Eurofighter" olmayacaq. Almaniyanın belə mövqeyi ukraynalı pilotların bu təyyarələri idarə etmək bacarığını tez bir zamanda əldə edə bilməməsi ilə bağlıdır",- deyə komitə rəhbəri qeyd edib. Buna baxmayaraq, Ştrak-Zimmermanın bildirib ki, MiQ-29 təyyarəsi ilə "hər şey fərqlidir". Onun sözlərinə görə, bu qırıcı təyyarələr sovet ehtiyatlarındandır, ona görə də "onlardan dərhal istifadə etmək olar". Xatırladaq ki, ötən həftə, aprelin 13-də Almaniya hökumətinin Varşavaya MiQ-29 qırıcılarını Kiyevə təkrar ixrac etməyə icazə verdiyi məlum olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451232982_142:0:2359:1663_1920x0_80_0_0_a8547b01a9022d6df58e0ae139e4afa1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, bundestaq, almaniya bundestaqı
ukrayna, bundestaq, almaniya bundestaqı
Heç bir avropalı əsgər Ukrayna ərazisinə ayaq basmayacaq - Bundestaq
Bundestaqda qeyd ediblər ki, MiQ-29 təyyarəsi ilə bağlı "hər şey fərqlidir".
BAKI, 20 aprel — Sputnik. Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmermann hər hansı bir avropalı əsgərin Ukrayna ərazisində olmasını istisna edərək, "bir alman və ya avropalı əsgərin" oraya ayaq basmayacağını deyib.
Bu barədə Rusiya mediası "Bild" qəzetininə istinadən xəbər verib.
"Ukraynada quru qoşunlar olmayacaq. Heç bir alman və ya avropalı əsgər Ukrayna torpağına ayaq basmayacaq", - deyə qəzet onun sözlərini sitat gətirib.
Ştrak-Zimmermann həmçinin Ukraynaya "Tornado" və "Eurofighter" qərb qırıcılarının tədarükünü istisna edib.
"Ukraynada nə "Tornado", nə də "Eurofighter" olmayacaq. Almaniyanın belə mövqeyi ukraynalı pilotların bu təyyarələri idarə etmək bacarığını tez bir zamanda əldə edə bilməməsi ilə bağlıdır",- deyə komitə rəhbəri qeyd edib.
Buna baxmayaraq, Ştrak-Zimmermanın bildirib ki, MiQ-29 təyyarəsi ilə "hər şey fərqlidir". Onun sözlərinə görə, bu qırıcı təyyarələr sovet ehtiyatlarındandır, ona görə də "onlardan dərhal istifadə etmək olar".
Xatırladaq ki, ötən həftə, aprelin 13-də Almaniya hökumətinin Varşavaya MiQ-29 qırıcılarını Kiyevə təkrar ixrac etməyə icazə verdiyi məlum olub.