https://sputnik.az/20230419/taxil-muqavilesi-cercivesinde-gemilerin-qeydiyyati-ile-bagli-cetinlikler-var-453938716.html
Taxıl müqaviləsi çərçivəsində gəmilərin qeydiyyatı ilə bağlı çətinliklər var
Taxıl müqaviləsi çərçivəsində gəmilərin qeydiyyatı ilə bağlı çətinliklər var
Sputnik Azərbaycan
Zaxarovanın dediyinə görə, çətinliklər müstəsna olaraq Ukrayna nümayəndələrinin, eləcə də onlara müqavimət göstərmək istəməyən və ya müqavimət göstərə bilməyən... 19.04.2023, Sputnik Azərbaycan
2023-04-19T14:29+0400
2023-04-19T14:29+0400
2023-04-19T14:29+0400
mariya zaxarova
rusiya
taxıl
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811148_0:0:3005:1691_1920x0_80_0_0_00bc07571ff948f8fa6a88e6738cff97.jpg
BAKI, 19 aprel — Sputnik. İstanbuldakı Birgə Əlaqələndirmə Mərkəzində yeni gəmilərin qeydiyyata alınması və taxıl müqaviləsi çərçivəsində yoxlamaların aparılması həqiqətən də çətindir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın departamentin saytında dərc olunmuş şərhində deyilir. "Bu çətinliklər müstəsna olaraq Ukrayna nümayəndələrinin, eləcə də onlara müqavimət göstərmək istəməyən və ya müqavimət göstərə bilməyən BMT üzvlərinin hərəkətləri nəticəsində yaranır", - deyə Mariya Zaxarova izah edib. Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Ukrayna hakimiyyəti "hətta elementar ədəbdən" imtina edib və "Qara dəniz təşəbbüsündən" sui-istifadə etməyə çalışır. Onlar prosedur qaydalarından sui-istifadə edərək gəmi sahiblərindən rüşvət tələb edirlər. Zaxarova əlavə edib ki, nəticədə ehtiyacı olan ölkələrdə Ukrayna qidası alanların payı ixrac edilən 28,3 milyon ton taxıldan 742 min tona qədər azalıb. Buna səbəb rüşvət verməkdən boyun qaçıran gəmi sahiblərinin 1 aydan çox boş dayanaraq qeydiyyata düşmək üçün gözləməli olmasıdır. Rusiya Xarici Işlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Qərb də ölkələrin taxıl və gübrə ehtiyaclarına tam laqeyd yanaşmağa "imza atıb". Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, taxıl sövdələşməsi ilə bağlı heç bir hərəkət yoxdur. Onun sözlərinə görə, 2022-ci ilin iyulunda əldə olunmuş razılaşmalara əməl etmədiyi üçün İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin işi ilə bağlı suallar yaranıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811148_0:0:2731:2048_1920x0_80_0_0_39cc3907ce1cfd882db1e94f1ce0c6bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, taxıl
Taxıl müqaviləsi çərçivəsində gəmilərin qeydiyyatı ilə bağlı çətinliklər var
Zaxarovanın dediyinə görə, çətinliklər müstəsna olaraq Ukrayna nümayəndələrinin, eləcə də onlara müqavimət göstərmək istəməyən və ya müqavimət göstərə bilməyən BMT üzvlərinin hərəkətləri nəticəsində yaranır.
BAKI, 19 aprel — Sputnik. İstanbuldakı Birgə Əlaqələndirmə Mərkəzində yeni gəmilərin qeydiyyata alınması və taxıl müqaviləsi çərçivəsində yoxlamaların aparılması həqiqətən də çətindir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın departamentin saytında dərc olunmuş şərhində deyilir.
"Bu çətinliklər müstəsna olaraq Ukrayna nümayəndələrinin, eləcə də onlara müqavimət göstərmək istəməyən və ya müqavimət göstərə bilməyən BMT üzvlərinin hərəkətləri nəticəsində yaranır", - deyə Mariya Zaxarova izah edib.
Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Ukrayna hakimiyyəti "hətta elementar ədəbdən" imtina edib və "Qara dəniz təşəbbüsündən" sui-istifadə etməyə çalışır. Onlar prosedur qaydalarından sui-istifadə edərək gəmi sahiblərindən rüşvət tələb edirlər.
Zaxarova əlavə edib ki, nəticədə ehtiyacı olan ölkələrdə Ukrayna qidası alanların payı ixrac edilən 28,3 milyon ton taxıldan 742 min tona qədər azalıb. Buna səbəb rüşvət verməkdən boyun qaçıran gəmi sahiblərinin 1 aydan çox boş dayanaraq qeydiyyata düşmək üçün gözləməli olmasıdır.
Rusiya Xarici Işlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Qərb də ölkələrin taxıl və gübrə ehtiyaclarına tam laqeyd yanaşmağa "imza atıb".
Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, taxıl sövdələşməsi ilə bağlı heç bir hərəkət yoxdur. Onun sözlərinə görə, 2022-ci ilin iyulunda əldə olunmuş razılaşmalara əməl etmədiyi üçün İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin işi ilə bağlı suallar yaranıb.