https://sputnik.az/20230419/rusiya-xn-de-abs-kanada-ve-britaniya-sefirleri-ile-sert-sohbet-453938863.html
Rusiya XİN-də ABŞ, Kanada və Britaniya səfirləri ilə sərt söhbət
Rusiya XİN-də ABŞ, Kanada və Britaniya səfirləri ilə sərt söhbət
Sputnik Azərbaycan
Rusiya XİN publisist Vladimir Kara-Murzaya görə ABŞ və Böyük Britaniyanın səfirlərinə kəskin etirazını bildirib. 19.04.2023, Sputnik Azərbaycan
2023-04-19T14:16+0400
2023-04-19T14:16+0400
2023-04-19T14:16+0400
rusiya xin
rusiya
mariya zaxarova
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852690_0:129:3184:1920_1920x0_80_0_0_cedfac8f2c71e2e8ad6d163eee6dc47c.jpg
BAKI, 19 aprel — Sputnik. ABŞ, Böyük Britaniya və Kanada səfirləri ilə söhbət Rusiya Xarici İşlər Nazirliyində (XİN) sərt formada keçib. Bu barədə RİA Novosti Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə istinadən xəbər verib. "Dünən onlar XİN-ə çağırılıblar, hər şey onlara sərt formada, heç bir yumşaltmalar olmadan izah edilib", - RİA Novosti Nazirliyinin rəsmi nümayəndəsinin sözlərini sitat gətirib. Bu yaxınlarda Rusiyanın daxili məsələlərinə kobud şəkildə müdaxilə etmələri və diplomatik statusa uyğun gəlməyən fəaliyyətlə məşğul olmaları səbəbindən ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnertə, Vladimir Kara-Murza (Rusiya Ədliyyə Nazirliyinin 22 aprel 2022-ci il tarixli qərarı ilə xarici agent fəaliyyət göstərən şəxslərin reyestrinə daxil edilib) haqqında hökmdən sonra məhkəmə qarşısında çıxışı ilə əlaqədar XİN-də etiraz edilib. Həmçinin Rusiya Xarici İşlər Nazirliyi publisist Vladimir Kara-Murzaya dəstək verən bəyanatlara görə ABŞ səfirinə də kəskin etirazını bildirib. Rusiya XİN xəbərdarlıq edib ki, diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını pozan və öz statuslarından sui-istifadə edən ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşları Rusiyanın paytaxtında qalma müddətini vaxtından əvvəl başa vuracaqlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852690_227:0:2958:2048_1920x0_80_0_0_ae0bf8bc487086404fd53086db5cb892.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, mariya zaxarova, abş
rusiya xin, mariya zaxarova, abş
Rusiya XİN-də ABŞ, Kanada və Britaniya səfirləri ilə sərt söhbət
Rusiya XİN publisist Vladimir Kara-Murzaya görə ABŞ və Böyük Britaniyanın səfirlərinə kəskin etirazını bildirib.
BAKI, 19 aprel — Sputnik. ABŞ, Böyük Britaniya və Kanada səfirləri ilə söhbət Rusiya Xarici İşlər Nazirliyində (XİN) sərt formada keçib.
Bu barədə RİA Novosti Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə istinadən xəbər verib.
"Dünən onlar XİN-ə çağırılıblar, hər şey onlara sərt formada, heç bir yumşaltmalar olmadan izah edilib", - RİA Novosti Nazirliyinin rəsmi nümayəndəsinin sözlərini sitat gətirib.
Bu yaxınlarda Rusiyanın daxili məsələlərinə kobud şəkildə müdaxilə etmələri və diplomatik statusa uyğun gəlməyən fəaliyyətlə məşğul olmaları səbəbindən ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnertə, Vladimir Kara-Murza (Rusiya Ədliyyə Nazirliyinin 22 aprel 2022-ci il tarixli qərarı ilə xarici agent fəaliyyət göstərən şəxslərin reyestrinə daxil edilib) haqqında hökmdən sonra məhkəmə qarşısında çıxışı ilə əlaqədar XİN-də etiraz edilib.
Həmçinin Rusiya Xarici İşlər Nazirliyi publisist Vladimir Kara-Murzaya dəstək verən bəyanatlara görə ABŞ səfirinə də kəskin etirazını bildirib.
Rusiya XİN xəbərdarlıq edib ki, diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını pozan və öz statuslarından sui-istifadə edən ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşları Rusiyanın paytaxtında qalma müddətini vaxtından əvvəl başa vuracaqlar.