Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Ramazan bayramı ilə əlaqədar Bakı metrosunda iş rejimi dəyişdirilir

© Sputnik / Murad OrujovBakı Metropoliteninin "Xocasən" elektrik deposu və stansiyası
Bakı Metropoliteninin Xocasən  elektrik deposu və stansiyası - Sputnik Azərbaycan, 1920, 19.04.2023
Abunə olmaq
Sərnişin axınının tənzimlənməsi məqsədilə zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.
BAKI, 19 aprel — Sputnik. Ramazan bayramı ilə əlaqədar Bakı metropoliteninin iş rejiminə dəyişiklik ediləcək.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
"Bakı Metropoliteni" QSC-nin tədbirlər planına əsasən, əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq.
Qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində aprelin 21-də 2,5 dəqiqə, ayın 22-dən 24-dək 3 dəqiqə intervalla tənzimlənəcək. "28 May" stansiyasında Qırmızı və Yaşıl xətlər birləşdiyindən "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq. Sərnişin axınının tənzimlənməsi məqsədilə zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.
"Bakmil" istiqamətinə və əks istiqamətdə qatarların hərəkət cədvəli aprelin 21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq.
Qeyd edək ki, Ramazan bayramı namazının vaxtı açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Təzə Pir Məscidində bayram namazı aprelin 21 və 22-də qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Ramazan bayramı münasibətilə təbrikində qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, Miladi təqvimlə aprelin 21-nə təsadüf edir.
Xəbər lenti
0