https://sputnik.az/20230419/kreml-seulun-ukrayna-ile-bagli-qeyri-dost-movqeyinden-teessuflendiyini-bildirib-453951513.html
Kreml Seulun Ukrayna ilə bağlı qeyri-dost mövqeyindən təəssüfləndiyini bildirib
Kreml Seulun Ukrayna ilə bağlı qeyri-dost mövqeyindən təəssüfləndiyini bildirib
Sputnik Azərbaycan
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Moskva buna cavab olaraq Pxenyana Rusiyanın ən yeni silahlarını göndərə bilər. 19.04.2023, Sputnik Azərbaycan
2023-04-19T23:40+0400
2023-04-19T23:40+0400
2023-04-19T23:40+0400
kreml
rusiya
seul
dmitri medvedev
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852491_0:96:3000:1784_1920x0_80_0_0_510e1b213adb756a901e4b10f5e21746.jpg
BAKI, 19 aprel — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynaya hərbi yardımın mümkünlüyünü etiraf edən Cənubi Koreya Prezidenti Yun Sok Yolun açıqlamasını şərh edib. O qeyd edib ki, burada mühüm yeni heç nə yoxdur. “Təəssüf ki, Seul bütün bu hekayədə kifayət qədər qeyri-dost mövqeyini tutub. Bu, davamıdır... Təbii ki, silah tədarükünün başlanması dolayı yolla bu münaqişədə iştirakın müəyyən bir mərhələsini ifadə edəcək”, - deyə Peskov bildirib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də Cənubi Koreya prezidentinin sözlərini şərh edib. Onun sözlərinə görə, Moskva buna cavab olaraq Pxenyana Rusiyanın ən yeni silahlarını verə bilər. Bu yaxınlarda media mənbələrə istinadən yazıb ki, Cənubi Koreya hakimiyyəti ABŞ-la razılaşıb ki, Seul Amerikaya Ukraynaya göndərilməsinin qarşısını almaq üçün 500 min 155 mm-lik artilleriya mərmisi verəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852491_248:0:2753:1879_1920x0_80_0_0_49a70f8c51e02e166a1e1f9996fa17fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kreml, seul, dmitri medvedev, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
kreml, seul, dmitri medvedev, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
Kreml Seulun Ukrayna ilə bağlı qeyri-dost mövqeyindən təəssüfləndiyini bildirib
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Moskva buna cavab olaraq Pxenyana Rusiyanın ən yeni silahlarını göndərə bilər.
BAKI, 19 aprel — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynaya hərbi yardımın mümkünlüyünü etiraf edən Cənubi Koreya Prezidenti Yun Sok Yolun açıqlamasını şərh edib.
O qeyd edib ki, burada mühüm yeni heç nə yoxdur.
“Təəssüf ki, Seul bütün bu hekayədə kifayət qədər qeyri-dost mövqeyini tutub. Bu, davamıdır... Təbii ki, silah tədarükünün başlanması dolayı yolla bu münaqişədə iştirakın müəyyən bir mərhələsini ifadə edəcək”, - deyə Peskov bildirib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də Cənubi Koreya prezidentinin sözlərini şərh edib. Onun sözlərinə görə, Moskva buna cavab olaraq Pxenyana Rusiyanın ən yeni silahlarını verə bilər.
Bu yaxınlarda media mənbələrə istinadən yazıb ki, Cənubi Koreya hakimiyyəti ABŞ-la razılaşıb ki, Seul Amerikaya Ukraynaya göndərilməsinin qarşısını almaq üçün 500 min 155 mm-lik artilleriya mərmisi verəcək.