Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Beynəlxalq vəziyyətin inkişafının proqnozlaşdırılması zəruridir - KTMT-nin baş katibi

© Sputnik / Игорь Егоров / Mediabanka keçidKTMT
KTMT - Sputnik Azərbaycan, 1920, 19.04.2023
Abunə olmaq
KTMT-nin baş katibi deyib ki, təşkilatın informasiya və analitik sahədə institusional potensialının artırılması bu il sədr dövlət kimi Belarusun qarşısında KTMT-nin prioritetlərindən biri kimi müəyyən edilib.
BAKI, 19 aprel — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov təşkilatın məsuliyyət zonasında və onun hüdudlarından kənarda vəziyyətin inkişaf tendensiyalarının proqnozlaşdırılmasının zəruriliyini qeyd edib. Bu barədə TASS-a KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
Onun sözlərinə görə, aprelin 19-da Tasmaqambetov Rusiyanın dövlət orqanlarının və aparıcı elmi-ekspert mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi kollektiv təhlükəsizliyə çağırış və təhdidlərin strateji proqnozlaşdırılması və təşkilatın fəaliyyətinə analitik dəstək mövzusunda iclasda iştirak edib.
"KTMT-nin baş katibi qeyd edib ki, təşkilat həm öz məsuliyyət zonasında, həm də bütövlükdə dünyada vəziyyətin inkişaf tendensiyalarını proqnozlaşdırmaq zərurətindədir. Hadisələri daha obyektiv qiymətləndirməyə ehtiyac var", - Zaynetdinov bildirib.
KTMT-nin baş katibi onu da vurğulayıb ki, təşkilatın informasiya və analitik sahədə institusional potensialının artırılması bu il sədr dövlət kimi Belarusun qarşısında KTMT-nin prioritetlərindən biri kimi müəyyən edilib.
"Tədbir zamanı KTMT Katibliyi ilə üzv dövlətlərin beynəlxalq münasibətlər problemlərini öyrənən analitik strukturları arasında qarşılıqlı fəaliyyət məsələlərinin ətraflı və maraqlı müzakirəsi aparılıb", - sözçü əlavə edib.
Görüşün yekunu olaraq KTMT Katibliyi ilə MDB-nin Təhlükəsizlik Problemləri üzrə Tədqiqat İnstitutu və Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutu arasında əməkdaşlıq memorandumları imzalanıb.
Xəbər lenti
0