https://sputnik.az/20230419/bakida-daha-bir-marsrut-xettinin-fealiyyeti-dayandirilib-453941042.html
Bakıda daha bir marşrut xəttinin fəaliyyəti dayandırılıb
Bakıda daha bir marşrut xəttinin fəaliyyəti dayandırılıb
Sputnik Azərbaycan
Daşıyıcıya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik qeydə alınmayıb. 19.04.2023, Sputnik Azərbaycan
2023-04-19T13:11+0400
2023-04-19T13:11+0400
2023-04-19T13:11+0400
bakı
paytaxt xəbərləri
bakubus
"bakubus" mmc
https://cdnn1.img.sputnik.az/img/42316/01/423160175_0:0:1440:810_1920x0_80_0_0_f3a9f81c532772d48b6296d1b1426d88.jpg
BAKI, 19 aprel — Sputnik. Bakıda daha bir marşrut xəttinin fəaliyyəti dayandırılıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, "BMH" MMC-nin müvəqqəti istismarında olan 149 nömrəli müntəzəm marşrut xəttinin (Sahil qəsəbəsi -20-ci sahə) fəaliyyəti nəzarətə götürülüb. Keçirilən monitorinqlər nəticəsində "BMH" MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. İstehsalat bazası yararlı olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır. Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Daşıyıcıya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik qeydə alınmayıb. Vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədilə 149 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus" MMC-yə həvalə edilib. 20.04.2023-cü il tarixindən bu xətt üzrə daşımalar "BakuBus" MMC istismarında olan ortatutumlu avtobuslarla həyata keçiriləcək. Həmçinin 149 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də dəyişiklik edilib. Sərnişin tələbatına uyğun olaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi Zərifə Əliyeva küçəsi ("Sahil" metro stansiyası) təyin edilib. Aparılan təhlillər əsasında 127 nömrəli marşrutun hərəkət sxemi 149 nömrəli müntəzəm marşrutun hərəkət sxeminin əksər hissəsini təkrarlayacağı üçün fəaliyyəti ləğv edilib. Bu dəyişiklik sayəsində ümumilikdə 50.000 nəfər yaxın sakini olan Sahil qəsəbəsi üzrə əhalinin ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42316/01/423160175_0:0:1440:1080_1920x0_80_0_0_aaef3c7b27601565a419da1f42f25b5b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, bakubus, "bakubus" mmc
bakı, bakubus, "bakubus" mmc
Bakıda daha bir marşrut xəttinin fəaliyyəti dayandırılıb
Daşıyıcıya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik qeydə alınmayıb.
BAKI, 19 aprel — Sputnik. Bakıda daha bir marşrut xəttinin fəaliyyəti dayandırılıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, "BMH" MMC-nin müvəqqəti istismarında olan 149 nömrəli müntəzəm marşrut xəttinin (Sahil qəsəbəsi -20-ci sahə) fəaliyyəti nəzarətə götürülüb. Keçirilən monitorinqlər nəticəsində "BMH" MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. İstehsalat bazası yararlı olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır. Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Daşıyıcıya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq fəaliyyətində müsbətə doğru heç bir dəyişiklik qeydə alınmayıb.
Vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədilə 149 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus" MMC-yə həvalə edilib.
20.04.2023-cü il tarixindən bu xətt üzrə daşımalar "BakuBus" MMC istismarında olan ortatutumlu avtobuslarla həyata keçiriləcək. Həmçinin 149 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də dəyişiklik edilib.
Sərnişin tələbatına uyğun olaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi Zərifə Əliyeva küçəsi ("Sahil" metro stansiyası) təyin edilib. Aparılan təhlillər əsasında 127 nömrəli marşrutun hərəkət sxemi 149 nömrəli müntəzəm marşrutun hərəkət sxeminin əksər hissəsini təkrarlayacağı üçün fəaliyyəti ləğv edilib.
Bu dəyişiklik sayəsində ümumilikdə 50.000 nəfər yaxın sakini olan Sahil qəsəbəsi üzrə əhalinin ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.