https://sputnik.az/20230418/rusiyanin-bu-pilotsuz-teyyaresi-ukraynada-usq-ucun-en-tehlukeli-adlandirilib-453909690.html
Rusiyanın bu pilotsuz təyyarəsi Ukraynada USQ üçün ən təhlükəli adlandırılıb
Rusiyanın bu pilotsuz təyyarəsi Ukraynada USQ üçün ən təhlükəli adlandırılıb
Sputnik Azərbaycan
Ukrayna DİN rəhbərinin müşaviri USQ üçün "Lancet"in ən təhlükəli PUA olduğunu açıqlayıb. 18.04.2023, Sputnik Azərbaycan
2023-04-18T23:10+0400
2023-04-18T23:10+0400
2023-04-18T23:10+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426201498_168:0:1539:771_1920x0_80_0_0_527e773c6d753e8ad7a6a7ff909681dc.jpg
BAKI, 18 aprel — Sputnik. Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko Rusiyanın "Lanset" pilotsuz uçuş aparatını (PUA) Ukrayna Silahlı Qüvvələri (USQ) üçün ən təhlükəli pilotsuz təyyarə adlandırıb. Bu barədə "The Economist" jurnalı Anton Geraşenkonun sözlərinə istinadən məlumat verib. "Lancet" pilotsuz uçuş aparatı bizim üçün ən təhlükəli drondur. Artilleriyanın məhv edilməsi üçün çox faydalıdır", - deyə nazirliyin rəhbərinin müşaviri qeyd edib. Materialda dronlara qarşı müqavimət göstərmək üçün saxta silahlardan istifadə oluna biləcəyi bildirilib. Xüsusilə, nəşrin materialında "HIMARS" reaktiv yaylım atəşi sisteminin (RYAS) taxta modellərindən bəhs olunur. Ukrayna Silahlı Qüvvələrinin qeyd olunan saxta silahları yük maşınları ilə Ukrayna ərazisi ilə daşınır. Geraşenko hesab edir ki, bu, real görünür. Bu yaxınlarda Rusiyanın "Kaskad" Döyüş Ordusu Ehtiyatından (BARS) olan hərbçiləri Dnepr çayı üzərindəki USQ-nin katerini məhv ediblər. Ağır silah daşıyan gəminin məhv edilməsi üçün hərbçilər "Lancet" PUA-dan istifadə ediblər. Dron dəqiqliklə Ukrayna Silahlı Qüvvələrinin gəmisinə uçuş edərək nəticədə onu məhv edib. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426201498_355:0:1383:771_1920x0_80_0_0_1e718c52882a55d0c3950437888210a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, xüsusi hərbi əməliyyat
ukrayna, xüsusi hərbi əməliyyat
Rusiyanın bu pilotsuz təyyarəsi Ukraynada USQ üçün ən təhlükəli adlandırılıb
Ukrayna DİN rəhbərinin müşaviri USQ üçün "Lancet"in ən təhlükəli PUA olduğunu açıqlayıb.
BAKI, 18 aprel — Sputnik. Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko Rusiyanın "Lanset" pilotsuz uçuş aparatını (PUA) Ukrayna Silahlı Qüvvələri (USQ) üçün ən təhlükəli pilotsuz təyyarə adlandırıb.
Bu barədə "The Economist" jurnalı Anton Geraşenkonun sözlərinə istinadən məlumat verib.
"Lancet" pilotsuz uçuş aparatı bizim üçün ən təhlükəli drondur. Artilleriyanın məhv edilməsi üçün çox faydalıdır", - deyə nazirliyin rəhbərinin müşaviri qeyd edib.
Materialda dronlara qarşı müqavimət göstərmək üçün saxta silahlardan istifadə oluna biləcəyi bildirilib. Xüsusilə, nəşrin materialında "HIMARS" reaktiv yaylım atəşi sisteminin (RYAS) taxta modellərindən bəhs olunur. Ukrayna Silahlı Qüvvələrinin qeyd olunan saxta silahları yük maşınları ilə Ukrayna ərazisi ilə daşınır. Geraşenko hesab edir ki, bu, real görünür.
Bu yaxınlarda Rusiyanın "Kaskad" Döyüş Ordusu Ehtiyatından (BARS) olan hərbçiləri Dnepr çayı üzərindəki USQ-nin katerini məhv ediblər. Ağır silah daşıyan gəminin məhv edilməsi üçün hərbçilər "Lancet" PUA-dan istifadə ediblər. Dron dəqiqliklə Ukrayna Silahlı Qüvvələrinin gəmisinə uçuş edərək nəticədə onu məhv edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.