Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın itkilərini açıqladı

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiya Müdafiə Nazirliyinin binası
Rusiya Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Xarkov vilayətinin Sinxovka və "Luqansk Xalq Respublikası"nın Novoselovsko yaşayış məntəqələri ərazilərində Ukraynanın iki diversiya-kəşfiyyat qrupunun fəaliyyətinin qarşısı alınıb.
BAKI, 18 aprel — Sputnik. Kupyansk istiqamətində Rusiya Federasiyası Silahlı Qüvvələrinin hücum və ordu aviasiyasının zərbələri, "Qərb" qüvvələr qrupunun artilleriya atəşi ilə Xarkov vilayətinin Kraxmalnoye, Olşana, Kuçerovka və Dvureçnaya yaşayış məntəqələri ərazilərində düşmən bölmələri vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan başqa, Xarkov vilayətinin Sinxovka və "Luqansk Xalq Respublikası"nın Novoselovsko yaşayış məntəqələri ərazilərində Ukraynanın iki diversiya-kəşfiyyat qrupunun fəaliyyətinin qarşısı alınıb.
Bu istiqamətdə gün ərzində 35-ə qədər ukraynalı hərbçi, bir tank, iki zirehli döyüş maşını, iki avtomobil, ABŞ istehsalı olan iki M109 Paladin özüyeriyən haubitsa, həmçinin D-20 haubitsası məhv edilib.
© Sputnik / РИА Новости / Mediabanka keçidVurulmuş top, arxiv şəkli
Брошенная Вооруженными силами Украины военная техника в Херсонской области - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Vurulmuş top, arxiv şəkli
Krasno-Limansk istiqamətində "Mərkəz" qoşun (qüvvələr) qrupunun aviazərbələri və artilleriya atəşi ilə "Luqansk Xalq Respublikası"nın Çervona Dibrova, Çervonopopovka, "Donetsk Xalq Respublikası"nın Ternı və Qriqorovka yaşayış məntəqələri ərazilərində düşmən bölmələri darmadağın edilib. Düşmənin itkiləri 80-dən çox ukraynalı hərbçi, həmçinin iki zirehli döyüş maşını olub.
Donetsk istiqamətində, aktiv əməliyyatlar nəticəsində hücum dəstələri Artemovsk şəhərinin şimal, mərkəzi və cənub hissələrinin dörddə üçünü ələ keçiriblər.
Cənub Qüvvələri Qrupunun hava desant bölmələri şəhərin azad edilməsi istiqamətində hücum dəstələrinin hərəkətlərinə dəstək verib, düşmənin cinahlardan əks hücuma keçmək cəhdlərinin qarşısını alıb.
Ukrayna Silahlı Qüvvələrinin Çasov Yar və Konstantinovka yaşayış məntəqələri ərazilərində əks-hücum üçün irəliləyən bölmələrinə operativ-taktiki və ordu aviasiyası, həmçinin "Cənub" qüvvələr qrupunun artilleriya atəşi ilə vurulub.
Bu istiqamətdə düşmən itkiləri 290-dan çox ukraynalı hərbçi və muzdlu olub.
Bundan başqa, Ukraynaya məxsus bir piyada döyüş maşını, üç zirehli döyüş maşını, səkkiz maşın, bir "Qrad RYAS" döyüş maşını, ABŞ istehsalı olan M777 artilleriya sistemi və ABŞ istehsalı olan AN/TPQ-50 əks batareya radarı məhv edilib.
Cənubi-Donetsk və Zaporojye istiqamətlərində "Vostok" qüvvələri qrupunun əməliyyat-taktiki və ordu aviasiyası, artilleriya atəşi və ağır atəş sistemlərinin zərbələri "Donetsk Xalq Respublikası"nın Uqledar, Novopil, Malaya yaşayış məntəqələri ərazilərində düşmən bölmələrini darmadağın edib.
30-a qədər ukraynalı hərbçi, üç piyada döyüş maşını, iki pikap və bir D-20 haubitsası məhv edilib.
Bundan əlavə, Zaporojye vilayətinin Qulyapole və Çervona Krinitsa yaşayış məntəqələri ərazilərində iki silah anbarı məhv edilib.
Xerson istiqamətində 25-dən çox ukraynalı hərbçi, üç texnika, ABŞ istehsalı olan M777 artilleriya sistemi, eləcə də iki D-30 haubitsası məhv edilib.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin əməliyyat-taktiki aviasiyası, raket qoşunları və qoşun qrupları (qüvvələr) artilleriyası 24 saat ərzində 126 rayonda atəş mövqeləri, canlı qüvvə və texnika ilə Ukrayna Silahlı Qüvvələrinin 98 artilleriya bölməsini məğlubiyyətə uğradıb.
"Donetsk Xalq Respublikası"nın Ternı və Avdeevka yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 25-ci desant və 110-cu mexanikləşdirilmiş briqadalarının komanda məntəqələri vurulub.
Nikolayev rayonunun Kobzartsı və Sniqiryovka qəsəbələrində Ukrayna hərbi texnikası üçün nəzərdə tutulmuş iki yanacaq anbarı məhv edilib.
Hava hücumundan müdafiə sistemləri gün ərzində Xarkov vilayətinin Dobrolyubovka, Kremennaya, Kolomıçixa, Çervonopopovka, "Luqansk Xalq Respublikası"nın yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 6 pilotsuz uçuş aparatını məhv edib.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 407 təyyarə, 228 helikopter, 3770 pilotsuz uçuş aparatı, 415 zenit-raket kompleksi, 8711 tank və digər zirehli döyüş texnikası, 1087 ədəd reaktiv buraxılışlı döyüş maşını, raket sistemləri, 4614 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 9582 ədəd xüsusi təyinatlı hərbi maşın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0