Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya informasiya hücumları ilə bağlı Qərbin sorğularına cavab verməyə hazırdır - XİN

© Sputnik / Евгений ОдиноковRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru bildirib ki, Rusiya istənilən dövlət tərəfindən bu cür sorğulara cavab verməyə hazırdır.
BAKI, 18 aprel — Sputnik. Moskva informasiya sahəsinə müdaxilə edən cinayətkarların hərəkətləri ilə bağlı Qərb ölkələrinin səlahiyyətli orqanlarının sorğularına cavab verməyə hazırdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Artur Lükmanov RİA Novosti-yə bildirib.
"Biz istənilən dövlət tərəfindən bu cür sorğulara cavab vermişik və cavab verməyə hazırıq. Başqa məsələ isə, belə qarşılıqlı əlaqə üçün kanallar isə məhz Qərbdə bağlanıb", - deyə Lükmanov qeyd edib.
Son zamanlar bu cür sorğuların olub-olmaması ilə bağlı suala isə diplomat mənfi cavab verib.

"Ötən ilin mart ayından etibarən ABŞ hakimiyyəti Milli Təhlükəsizlik Şurası səviyyəsində informasiya təhlükəsizliyi sahəsində Rusiya ilə istənilən təmasları, istənilən qarşılıqlı əlaqələri kəsdiklərini söyləyib", - deyə departamentin direktoru xatırladıb.

Diplomatın sözlərinə görə, çox vaxt üçüncü ölkələrin infrastrukturundan, ərazisindən və hətta yurisdiksiyasından istifadə ilə bağlı bu cür cinayətlərin araşdırılması üçün beynəlxalq əməkdaşlıq tələb olunur.
"Buna görə də biz deyirik ki, bu və ya digər cinayəti, informasiya hücumunu, təxribat aksiyalarını, daxili işlərə müdaxilə etmək üçün İKT-dən (informasiya - kommunikasiya texnologiyaları, – red.) istifadəni araşdırmaq üçün bütün bunlar digər ölkələrlə qarşılıqlı əməkdaşlıq tələb edir. Bunlar, bir qayda olaraq, bir, iki və ya üç ölkə deyil, bir neçə ölkədir. Hücumun mənbəyini, üçüncü ölkələrdən keçdiyi marşrutu izləmək bizim işimizdir. ABŞ və müttəfiqləri bizə bu işdə mane olurlar, onları tamamilə dinləyirlər və İKT-dən cinayət məqsədləri üçün istifadə edirlər", - deyə Lükmanov qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0