Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Qazprom": Avropa, necə oldu ki, istilik mövsümündə sağ qaldı

© AFP 2024 / JOHN MACDOUGALLQazprom loqotipi
Qazprom loqotipi - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Yeraltı qaz anbarının doldurma səviyyəsi 55,4 milyard kubmetr təşkil edib ki, bu da 55 faiz azalma deməkdir.
BAKI, 18 aprel — Sputnik. Avropa 2022-2023-cü il istilik mövsümündən qismən isti qış sayəsində sağ çıxdı. Bu barədə "Qazprom" şirkəti rəsmi özünün "Telegram" kanalında məlumat yayıb.
Qeyd edilib ki, belə havanın təkrarlanmasına heç bir zəmanət yoxdur.
"Qarşıdakı istilik dövründə təbiətin belə bir hədiyyə edəcəyinə heç bir zəmanət yoxdur" – deyə holdinqdən bildiriblər.
Həmçinin, Avropa anbarlarından "mavi yanacaqla təchiz edilmə" mövsümünün aprelin 6-da başa çatdığı barədə məlumat verilib.

"Gas Infrastructure Europe"nin məlumatına görə, yeraltı qaz anbarı (YQA) doldurma səviyyəsi 55,4 milyard kubmetr təşkil edib ki, bu da 55 faiz azalma deməkdir", - deyə "Qazprom"dan bildirilib.

Bundan əvvəl "Bloomberg" xəbər verib ki, dünya bazarında təbii qazın həddən artıq çoxluğu və artıq olduğu müşahidə olunur. Onun qiyməti yaxın bir neçə həftədə həm Avropada, həm də Asiyada aşağı düşəcək.
Nəşrin müəllifi vurğulayıb ki, 2022-ci ildə Ukraynadakı münaqişə səbəbindən enerji bazarları "çevrilib". Belə ki, o zaman Avropa özünə mümkün qədər çox alternativ qaz mənbəyini təmin etmək məqsədi daşıyırdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0