Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Medvedev: Qərb Rusiyadan zəmanət tələb edir, lakin nüvə münaqişəsinə işarə edir

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 18.04.2023
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, onlar nüvə silahı ilə bağlı hansısa zəmanət verməsini tələb edir, amma Rusiya ilə NATO arasında gələcəkdə nüvə münaqişəsinə eyham vururlar.
BAKI, 18 aprel — Sputnik. Qərb Rusiyadan nüvə silahı ilə bağlı hansısa təminat verməsini tələb edir, lakin eyni zamanda, faktiki olaraq, Rusiya ilə NATO arasında gələcək nüvə münaqişəsinə işarə edir. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Yaponiyada keçirilən görüşdən sonra verilən birgə bəyanatda G7 ölkələri xarici işlər nazirləri bir daha Rusiyanı nüvə risklərini azaltmaq üçün ABŞ-la dialoqa qayıtmağa çağırıblar.

"Onlar həddin artıq riyakardırlar, həm özlərinə, həm də başqalarına yalan danışırlar. Deyirlər ki, Rusiya Ukrayna haqqında "yalan məlumat" yayır. Onlar Rusiyadan nüvə silahı ilə bağlı onlara hansısa zəmanət verməsini tələb edir, amma əslində, ölkəmizlə NATO arasında gələcəkdə nüvə münaqişəsinə eyham vururlar", - Medvedev Teleqram kanalında yazıb.

Aprelin 16-18-də Yaponiyanın Karuizava şəhərində Yaponiyanın sədrliyi ilə G7 ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.
ABŞ dövlət katibi Entoni Blinken çıxışında Xirosima və Naqasakidə baş verən partlayışları dağıntılar və insan əzabları baxımından misilsiz adlandırıb, lakin Yaponiyanı kimin bombaladığını qeyd etməyib və heç bir üzr istəməyib.
G7 liderlərinin sammiti mayın 19-21-də Xirosimada keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0