Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN son sutkada Ukraynanın itkilərini açıqladı

© AP Photo / LIBKOSUkrayna
Ukrayna - Sputnik Azərbaycan, 1920, 17.04.2023
Abunə olmaq
"Cənub" qoşun qrupunun hava-desant qoşunları, əməliyyat-taktiki, ordu aviasiyası və artilleriyası döyüşçülərin hərəkətlərinə dəstək verib.
BAKI, 17 aprel — Sputnik. "Vaqner" qrupunun hücum dəstələri, Hava-Dəniz Qüvvələrinin və Rusiya Silahlı Qüvvələrinin "Cənub" qoşun qrupunun qüvvələrinin dəstəyi ilə Artemovsk uğrunda döyüşü davam etdirir. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Son sutka ərzində hücum dəstələri Artemovsk şəhərinin şimal-qərbində və mərkəzi hissəsində iki məhəlləni ələ keçirib. "Cənub" qoşun qrupunun hava-desant qoşunları, əməliyyat-taktiki, ordu aviasiyası və artilleriyası döyüşçülərin hərəkətlərinə dəstək verib. Hücum bölmələri bu ərazidə və cinahlarda düşmənin hərəkətlərini cilovlayıb", - Nazirliyin məlumatında deyilir.
Rusiya Silahlı Qüvvələrinin Cənubi-Donetsk və Zaporojye istiqamətlərindəki "Vostok" qruplaşması sutka ərzində 60-a qədər ukraynalı əsgəri, üç texnikanı, düşmənin bir diversiya-kəşfiyyat qrupunu, o cümlədən silah-sursat anbarını və hərbi texnika ilə təchiz olunmuş anqarını məhv edib. Ukraynanın Donetsk istiqamətində itkiləri sutkada 270 hərbçi və muzdludan çox olub. Kupyansk və Krasnolymansk istiqamətlərində Kiyev sutka ərzində 105-ə yaxın hərbi qulluqçusunu, Xerson istiqamətində isə 55-dən çox hərbçisini, üç texnika, ABŞ istehsalı olan M777 artilleriya sistemini, həmçinin "Akatsiya" və "Qvozdika" özüyeriyən haubitsalarını itirib.
Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə sistemləri son sutka ərzində dörd Ukrayna pilotsuz təyyarəsini və üç HIMARS RYAS mərmisini vurub.
Ümumilikdə, indiyədək Ukraynaya məxsus 407 hərbi təyyarə, 228 helikopter, 3764 pilotsuz uçuş aparatı, 415 zenit-raket kompleksi, 8699 tank və digər zirehli döyüş maşını, 1086 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 4606 ədəd səhra artilleriya qurğusu məhv edilib.
Xəbər lenti
0