Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya enerji sektorunda layihələrin həyata keçirilməsinə diqqət yetirir

© AFP 2023 / JOE RAEDLEneft
neft - Sputnik Azərbaycan, 1920, 17.04.2023
Abunə olmaq
Söhbət təkcə Türkiyədə ticarət meydançasının yaradılmasından deyil, həm də infrastrukturun inkişafından və cənub istiqamətində tədarükün artırılmasından gedir.
BAKI, 17 aprel — Sputnik. Moskva hətta enerji bazarındakı qeyri-sabitlik şəraitində də diqqətini perspektiv layihələrin, o cümlədən Türkiyədə qaz qovşağının həyata keçirilməsinə yönəldir.
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yuri Sentyurin bu barədə "RİA Novosti"yə müsahibəsində bildirib.
"Hazırda enerji bazarları yüksək dərəcədə qeyri-müəyyənlik və dəyişkənlik ilə xarakterizə olunan süni şəkildə yaradılmış böhran amillərinin təzyiqi altındadır. Buna baxmayaraq, Rusiya hətta bu şəraitdə də mövcud imkanlara arxalanaraq, üstəlik, perspektivli layihələrin həyata keçirilməsinə və konstruktiv əməkdaşlığın qalan mexanizmlərinə diqqət yetirərək fəaliyyətini davam etdirir", - deyə Senturin bildirib.
"Söhbət, o cümlədən, Rusiya Federasiyası prezidentinin Türkiyədə qaz qovşağının yaradılması, enerji ticarətində milli valyutaların istifadəsi və s. kimi əsas təşəbbüslərindən gedir", - deyə o qeyd edib.
Xatırladaq ki, ötən ilin oktyabrında Rusiya Federasiyası və Türkiyə prezidentləri Türkiyədə qaz qovşağının yaradılması məsələsini ətraflı şəkildə işləyib hazırlamağı tapşırıblar. Xüsusilə də bu qovşaq vasitəsilə zədələnmiş "Şimal axını"ndan qaz nəqlini həyata keçirmək mümkün olardı.
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın verdiyi məlumata görə, bununla yanaşı, söhbət təkcə Türkiyədə ticarət meydançasının yaradılmasından deyil, həm də infrastrukturun inkişafından və cənub istiqamətində tədarükün artırılmasından gedir. Onun sözlərinə görə, burada digər ölkələr də iştirak edə bilər: belə ki, Əlcəzair, Qətər və Azərbaycan da Avropaya cənub istiqamətindən qaz tədarük edirlər.
Xəbər lenti
0