QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda aparılan bərpa işləri açıqlanıb

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidAğdamda bərpa işləri
Ağdamda bərpa işləri - Sputnik Azərbaycan, 1920, 17.04.2023
Abunə olmaq
Suqovuşanda iki su elektrik stansiyası tam bərpa olunub və fəaliyyət göstərir
BAKI, 17 aprel — Sputnik. Hazırda Qarabağ İqtisadi rayonu ərazisində ümumi uzunluğu 513 km olan 10 avtomobil yolu layihəsi həyata keçirilir.
Bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qeyd edilən regionda həmçinin dəmir yolu layihəsi də reallaşdırılır: "Həmçinin 157,5 km uzunluğunda iki dəmiryolu layihəsi də reallaşdırılır. Onlar Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmiryolu layihələridir.
Həmçinin Zəngilan və Füzulidə hava limanları inşa edilib. Həqiqətən də möcüzə idi ki, 8 ay ərzində mina ilə çox çirklənmiş ərazilər təmizlənsin və beynəlxalq standartlara uyğun hava limanı inşa olunsun".
E.Hüseynov Qarabağda enerji və su infrastrukturun bərpası məsələsinə toxunaraq bildirib ki, Suqovuşanda iki su elektrik stansiyası tam bərpa olunub və fəaliyyət göstərir: "Qarabağ İqtisadi rayonunda 35 və 110 kVt-luq 7 yarımstansiya inşa edilib. Rayon ərazisində 5 su anbarı var ki, onlardan da iki magistral su kanalı çıxır. Hazırda onların hamısının üzərində qrafiki qabaqlamaqla təmir-bərpa işləri gedir".
Xəbər lenti
0