Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Polşa prezidenti: Qərbin Kiyevə yardımının dayandırması Ukraynanın məğlubiyyəti deməkdir

© AFP 2024 / WOJTEK RADWANSKIPolşa prezidenti
Polşa prezidenti - Sputnik Azərbaycan, 1920, 17.04.2023
Abunə olmaq
"Əgər Ukrayna yardım almasa, Rusiya bu müharibədə qalib gələcək", - deyə bildirib.
BAKI, 17 aprel — Sputnik. Polşa Prezidenti Andjey Duda Qərbin yardımının dayandırılmasını Ukraynanın məğlubiyyəti, Rusiyanın isə daha güclü olduğunu etiraf edib.
Bu barədə Rusiya mediası xəbər verir.
"Ukraynaya yardımı dayandırılması ilə bağlı çox narahatedici sözlər eşidilir. Mən Ukraynanın qonşusu, Polşa Respublikasının Prezidenti və Avropa İttifaqına (Aİ) üzv olan dövlətin prezidenti kimi buradan, Aİ tərəfindən bəyan etmişəm ki, Ukraynaya yardımı dayandırmağa çağıran hər kəs Moskvanın maraqlarına uyğun hərəkət edir, Rusiyanın maraqlarına uyğun hərəkət edir və nəticədə Rusiyanın Ukraynanı məğlub etməsinə çalışır, çünki Rusiya kimi belə bir gücün üstünlüyü göz qabağındadır", - deyə Duda İtaliya Prezidenti Sercio Mattarello ilə görüşdən sonra bildirib.
"Əgər Ukrayna yardım almasa, Rusiya bu müharibədə qalib gələcək", - deyə o əlavə edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Rusiya Ukraynaya silah tədarükünə görə NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silahdan ibarət istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi NATO ölkələrinin Ukraynaya silah tədarük edərək "odla oynadığını" söyləyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Qərbdən Ukraynaya silahların yüklənməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etməyəcək və mənfi təsir göstərəcək.
Xəbər lenti
0