https://sputnik.az/20230417/peskov-putin-ve-soyqunun-artyomovskdaki-veziyyeti-muzakire-etmesi-barede-453870246.html
Peskov Putin və Şoyqunun Artyomovskdakı vəziyyəti müzakirə etməsi barədə
Peskov Putin və Şoyqunun Artyomovskdakı vəziyyəti müzakirə etməsi barədə
Sputnik Azərbaycan
Peskov: Putin və Şoyqu Sakit Okean Donanması ilə bağlı söhbətdə Artyomovsku müzakirə etməyiblər. 17.04.2023, Sputnik Azərbaycan
2023-04-17T22:02+0400
2023-04-17T22:02+0400
2023-04-17T22:02+0400
peskov
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiyanın müdafiə naziri sergey şoyqu
sergey şoyqu
xüsusi hərbi əməliyyat
rusiya prezidenti vladimir putin
vladimir putin
vladimir putinin köməkçisi dmitri peskov
dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e7/04/11/453850885_0:0:3104:1745_1920x0_80_0_0_caf81d5b4cc9929c739062952eb23e1b.jpg
BAKI, 17 aprel — Sputnik. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov aprelin 17-də Prezident Vladimir Putinlə müdafiə naziri Sergey Şoyqu arasında keçirilən görüşdə Artyomovskdakı (Baxmut) vəziyyətin müzakirə edilib-edilmədiyini açıqlayıb. Bu barədə Rusiya mediası xəbər verib. Görüşdə Rusiyanın müdafiə naziri Sakit Okean Donanmasında qəfil yoxlamanın gedişatı barədə Vladimir Putinə məruzə edib. "Xeyr, onlar bu barədə danışmayıblar", - deyə Kremlin nümayəndəsi bildirib. Rusiya Müdafiə Nazirliyi bu yaxınlarda qeyd edib ki, "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) döyüşçüləri Artyomovskun qərbindəki dəmir yolu qovşağı uğrunda döyüşürlər. Aprelin 13-də bildirilib ki, Donetsk şəhərinin qərb kənarında Ukrayna qoşunlarının qruplaşması praktiki olaraq bloklanıb. "Vaqner" ÖHŞ-nin yaradıcısı Yevgeni Priqojin aprelin 11-də Rusiya qüvvələrinin Artyomovsk şəhərinin 80%-dən çoxuna nəzarəti ələ keçirdiyini bildirib. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/11/453850885_0:0:2732:2048_1920x0_80_0_0_d387b1cd55f23bf7a7681d5ba5cf488f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peskov, rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu, xüsusi hərbi əməliyyat, rusiya prezidenti vladimir putin, vladimir putin, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov
peskov, rusiyanın müdafiə naziri sergey şoyqu, sergey şoyqu, xüsusi hərbi əməliyyat, rusiya prezidenti vladimir putin, vladimir putin, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov
Peskov Putin və Şoyqunun Artyomovskdakı vəziyyəti müzakirə etməsi barədə
Peskov: Putin və Şoyqu Sakit Okean Donanması ilə bağlı söhbətdə Artyomovsku müzakirə etməyiblər.
BAKI, 17 aprel — Sputnik. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov aprelin 17-də Prezident Vladimir Putinlə müdafiə naziri Sergey Şoyqu arasında keçirilən görüşdə Artyomovskdakı (Baxmut) vəziyyətin müzakirə edilib-edilmədiyini açıqlayıb.
Bu barədə Rusiya mediası xəbər verib.
Görüşdə Rusiyanın müdafiə naziri Sakit Okean Donanmasında qəfil yoxlamanın gedişatı barədə Vladimir Putinə məruzə edib.
"Xeyr, onlar bu barədə danışmayıblar", - deyə Kremlin nümayəndəsi bildirib.
Rusiya Müdafiə Nazirliyi bu yaxınlarda qeyd edib ki, "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) döyüşçüləri Artyomovskun qərbindəki dəmir yolu qovşağı uğrunda döyüşürlər.
Aprelin 13-də bildirilib ki, Donetsk şəhərinin qərb kənarında Ukrayna qoşunlarının qruplaşması praktiki olaraq bloklanıb.
"Vaqner" ÖHŞ-nin yaradıcısı Yevgeni Priqojin aprelin 11-də Rusiya qüvvələrinin Artyomovsk şəhərinin 80%-dən çoxuna nəzarəti ələ keçirdiyini bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.