https://sputnik.az/20230417/emin-huseynov-suqovusan-hadrut-tug-ve-agdama-koc-ardicilliqla-davam-edecek-453870784.html
Emin Hüseynov: "Suqovuşan, Hadrut, Tuğ və Ağdama köç ardıcıllıqla davam edəcək"
Emin Hüseynov: "Suqovuşan, Hadrut, Tuğ və Ağdama köç ardıcıllıqla davam edəcək"
Sputnik Azərbaycan
Həm Laçın şəhərində, həm rayonun Zabux və Sus kəndlərində, eyni zamanda, Füzuli şəhərində artıq bu ilin sonuna qədər köçmək üçün şərait yaranacaq. 17.04.2023, Sputnik Azərbaycan
2023-04-17T19:23+0400
2023-04-17T19:23+0400
2023-04-17T19:34+0400
hadrut
qarabağ
emin hüseynov
suqovuşan
ağdam
tuğ
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444135493_0:76:1394:860_1920x0_80_0_0_940ed5d8c3ffb26a59f5ffc12779f3cc.jpg
BAKI, 17 aprel — Sputnik. Gələn ildən başlayaraq Suqovuşan (Tərtər), Hadrut və Tuğ (Xocavənd), eləcə də Ağdam şəhərinə və rayonun kəndlərinə köç ardıcıllıqla davam edəcək. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda elmi-praktik konfransda bildirib. "Artıq işğaldan azad edilmiş ərazilərdə olan iki kəndə məcburi köçkünlər qaytarılıb, onlar dədə-baba torpaqlarında yaşayırlar: "Bundan sonrakı dövrlərdə köçənlərin sayı daha da artacaq. Xüsusilə bizim gözləntimiz budur ki, həm Laçın şəhərində, həm rayonun Zabux və Sus kəndlərində, eyni zamanda, Füzuli şəhərində artıq bu ilin sonuna qədər köçmək üçün şərait yaranacaq", - deyə o qeyd edib. "Köç həmin ərazilərdə yeni iş yerlərinin açılması məsələsini zəruri edir və bu gün Şamaxıda keçirilən konfransın bu baxımdan çox böyük önəmi var. Bu ildən etibarən 10 il ərzində Qarabağ və Şərqi Zəngəzurda xüsusi güzəştlər və təşviq rejimi mövcuddur", - deyə E.Hüseynov əlavə edib.
tuğ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444135493_73:0:1321:936_1920x0_80_0_0_9cff9a3fb829a70061eaaf254cd4951e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hadrut, emin hüseynov, suqovuşan, ağdam, tuğ
hadrut, emin hüseynov, suqovuşan, ağdam, tuğ
Emin Hüseynov: "Suqovuşan, Hadrut, Tuğ və Ağdama köç ardıcıllıqla davam edəcək"
19:23 17.04.2023 (Yenilənib: 19:34 17.04.2023) Həm Laçın şəhərində, həm rayonun Zabux və Sus kəndlərində, eyni zamanda, Füzuli şəhərində artıq bu ilin sonuna qədər köçmək üçün şərait yaranacaq.
BAKI, 17 aprel — Sputnik. Gələn ildən başlayaraq Suqovuşan (Tərtər), Hadrut və Tuğ (Xocavənd), eləcə də Ağdam şəhərinə və rayonun kəndlərinə köç ardıcıllıqla davam edəcək.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda elmi-praktik konfransda bildirib.
"Artıq işğaldan azad edilmiş ərazilərdə olan iki kəndə məcburi köçkünlər qaytarılıb, onlar dədə-baba torpaqlarında yaşayırlar: "Bundan sonrakı dövrlərdə köçənlərin sayı daha da artacaq. Xüsusilə bizim gözləntimiz budur ki, həm Laçın şəhərində, həm rayonun Zabux və Sus kəndlərində, eyni zamanda, Füzuli şəhərində artıq bu ilin sonuna qədər köçmək üçün şərait yaranacaq", - deyə o qeyd edib.
"Köç həmin ərazilərdə yeni iş yerlərinin açılması məsələsini zəruri edir və bu gün Şamaxıda keçirilən konfransın bu baxımdan çox böyük önəmi var. Bu ildən etibarən 10 il ərzində Qarabağ və Şərqi Zəngəzurda xüsusi güzəştlər və təşviq rejimi mövcuddur", - deyə E.Hüseynov əlavə edib.