https://sputnik.az/20230417/-rusiya-xn-pekinde-emekdasligin-genislendirilmesi-ve-nato-muzakire-edilib-453865424.html
Rusiya XİN: Pekində əməkdaşlığın genişləndirilməsi və NATO müzakirə edilib
Rusiya XİN: Pekində əməkdaşlığın genişləndirilməsi və NATO müzakirə edilib
Sputnik Azərbaycan
Rusiya və Çin tərəfləri qlobal qarışıqlıq, ABŞ və müttəfiqlərinin iki ölkəyə siyasi və iqtisadi təzyiq göstərmək cəhdləri şəraitində regional və beynəlxalq... 17.04.2023, Sputnik Azərbaycan
2023-04-17T18:15+0400
2023-04-17T18:15+0400
2023-04-17T18:36+0400
çin
rusiya
müttəfiq
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452016941_0:160:3072:1888_1920x0_80_0_0_f0eaae86d6f34a219fb6d11f4e53cf78.jpg
BAKI, 17 aprel — Sputnik. Aprelin 17-də Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Pekində Çinin xarici işlər nazirinin müavini Den Li ilə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini və NATO-nu müzakirə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. "Avropadakı mövcud vəziyyət, o cümlədən iki ölkənin Avropa İttifaqı ilə münasibətləri, davam edən geosiyasi transformasiya fonunda NATO-nun fəaliyyəti və hərbi inkişafı ilə bağlı hərtərəfli və məxfi fikir mübadiləsi aparılıb. Beynəlxalq və qarşılıqlı maraq doğuran regional gündəliyə toxunulub", - məlumatda deyilir. Qeyd edilib ki, Rusiya və Çin tərəfləri qlobal qarışıqlıq, ABŞ və müttəfiqlərinin iki ölkəyə siyasi və iqtisadi təzyiq göstərmək cəhdləri şəraitində regional və beynəlxalq sabitlik amili kimi əməkdaşlığı genişləndirmək niyyətlərini təsdiqləyiblər. Bundan əvvəl Çinin müdafiə naziri general-polkovnik Li Şanfu nazir təyin olunduqdan sonra ilk xarici səfərini Rusiyaya edib. Aprelin 16-da Rusiya Prezidenti Vladimir Putin Li Şanfu ilə işgüzar görüş keçirib. Görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu da iştirak edib. Bundan əvvəl Çinin sədri Si Cinpin 20-22 mart tarixlərində yenidən ÇXR-in prezidenti seçildikdən sonra ilk dəfə Rusiyaya dövlət səfəri edib. Səfərin yekunu olaraq ölkə liderləri iki bəyanat imzalayıblar. Putin və Si Cinpin görüşü uğurlu adlandırıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452016941_171:0:2902:2048_1920x0_80_0_0_66fb7e238b2c310fbf10315270010ef4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
çin, müttəfiq
Rusiya XİN: Pekində əməkdaşlığın genişləndirilməsi və NATO müzakirə edilib
18:15 17.04.2023 (Yenilənib: 18:36 17.04.2023) Rusiya və Çin tərəfləri qlobal qarışıqlıq, ABŞ və müttəfiqlərinin iki ölkəyə siyasi və iqtisadi təzyiq göstərmək cəhdləri şəraitində regional və beynəlxalq sabitlik amili kimi əməkdaşlığı genişləndirmək niyyətlərini təsdiqləyiblər.
BAKI, 17 aprel — Sputnik. Aprelin 17-də Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Pekində Çinin xarici işlər nazirinin müavini Den Li ilə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini və NATO-nu müzakirə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Avropadakı mövcud vəziyyət, o cümlədən iki ölkənin Avropa İttifaqı ilə münasibətləri, davam edən geosiyasi transformasiya fonunda NATO-nun fəaliyyəti və hərbi inkişafı ilə bağlı hərtərəfli və məxfi fikir mübadiləsi aparılıb. Beynəlxalq və qarşılıqlı maraq doğuran regional gündəliyə toxunulub", - məlumatda deyilir.
Qeyd edilib ki, Rusiya və Çin tərəfləri qlobal qarışıqlıq, ABŞ və müttəfiqlərinin iki ölkəyə siyasi və iqtisadi təzyiq göstərmək cəhdləri şəraitində regional və beynəlxalq sabitlik amili kimi əməkdaşlığı genişləndirmək niyyətlərini təsdiqləyiblər.
Bundan əvvəl Çinin müdafiə naziri general-polkovnik Li Şanfu nazir təyin olunduqdan sonra ilk xarici səfərini Rusiyaya edib. Aprelin 16-da Rusiya Prezidenti Vladimir Putin Li Şanfu ilə işgüzar görüş keçirib. Görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu da iştirak edib.
Bundan əvvəl Çinin sədri Si Cinpin 20-22 mart tarixlərində yenidən ÇXR-in prezidenti seçildikdən sonra ilk dəfə Rusiyaya dövlət səfəri edib. Səfərin yekunu olaraq ölkə liderləri iki bəyanat imzalayıblar. Putin və Si Cinpin görüşü uğurlu adlandırıblar.