Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Patriarx Kirilin müdrik sözü insanlara güclü mənəvi dəstək tapmağa kömək edir

© Sputnik / POOL / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 16.04.2023
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin bu gecə Moskvadakı Xilaskar İsa Məsih Məbədində keçirilən Pasxa mərasimində iştirak edib.
BAKI, 16 aprel - Sputnik. Müqəddəs atanın müdrik sözü cəmiyyətin konsolidasiyasına xidmət edir, mərhəmətə çağırır və insanlara güclü mənəvi dayaq tapmağa kömək edir.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirili Pasxa bayramı münasibətilə təbrik edərkən deyib.
Prezidentin təbriki Kremlin saytında dərc olunub.

"Pasxa günlərində möminlər həqiqi xoşbəxtlik və fərəh hissi keçirirlər, nəsildən-nəslə ötürülən ata ənənələrinə qovuşmanın sevincini yaşayırlar. Sizə tarixi, mənəvi, əxlaqi və ailə dəyərlərinin qorunmasına, gənclərin tərbiyə və maarifləndirilməsinə yönəlmiş yorulmaz fəaliyyətinizə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Uzun illərdir ki, Sizin müdrik sözünüz cəmiyyətin möhkəmlənməsinə xidmət edir, mərhəmətə, xeyirxahlığa və ədalətə çağırır, insanlara güclü mənəvi dayaq tapmağa kömək edir”, - Putinin təbrik teleqramında deyilir.

Rusiya Prezidenti Vladimir Putin bu gecə Moskvadakı Xilaskar İsa Məsih Məbədində keçirilən Pasxa mərasimində iştirak edib. Onunla birlikdə mərasimə əvvəlki illərdə olduğu kimi, Moskva meri Sergey Sobyanin də qatılıb.
Putin ənənəvi olaraq Pasxa bayramını bu kilsədə qeyd edir. Kilsədə dini ayinə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill rəhbərlik edir.
Məsihin müqəddəs bazar günü – Pasxa, pravoslav xristianların əsas bayramıdır. Bu bayram İlk bahar tam ayından sonrakı ilk bazar günü - 4 aprel (22 mart, köhnə üslubla) və 8 may (25 aprel, köhnə üslub) arasında qeyd olunur ki, Xristian Pasxası həmişə yəhudilərin Pesaxından sonra qeyd olunur.
Xəbər lenti
0