Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada miqrantların sayı azalıb

© Sputnik / Andrey Stenin / Mediabanka keçidMoskvada miqrantlar
Moskvada miqrantlar - Sputnik Azərbaycan, 1920, 16.04.2023
Abunə olmaq
2022-ci ildə Rusiyaya gələn xarici ölkə vətəndaşlarının sayının 61,9 min nəfərə qədər azaldığı məlum olub.
BAKI, 16 aprel - Sputnik. Rusiyada miqrantların sayı azalıb.
2022-ci ildə Rusiyaya gələn xarici ölkə vətəndaşlarının sayının 61,9 min nəfərə qədər azaldığı məlum olub.
2021-ci ildə Rusiyaya miqrasiya axını 429,9 min nəfər təşkil edib ki, bu da 2015-ci ildən 2022-ci ilə kimi rekord göstərici olub. Ötən il isə bu rəqəm 61 min 900 nəfərə qədər azalıb.
Xatırladaq ki, BMT-nin beynəlxalq miqrantlarla bağlı 2021-ci ildə yaydığı hesabatda bildirilirdi ki, beynəlxalq miqrantların təxminən üçdə ikisi cəmi 20 ölkədə, ilk növbədə yüksək gəlirli ölkələrdə yaşayır.
Birinci yerdə ABŞ dayanır: burada, 2020-ci ilə kimi, 51 milyon miqrant olub. İkinci yerdə Almaniya, üçüncü yerdə Səudiyyə Ərəbistanı, Rusiya və Böyük Britaniya dayanır.
BMT-nin sözügedən hesabatına görə, 2021-ci ildə Rusiyada 12 milyon miqrant yaşayıb. Eyni zamanda, Rusiya da xaricdə yaşayan ölkə vətəndaşlarının sayına görə ilk beşliyə daxildir. Bu siyahının başında Hindistandır. Onun 18 milyon vətəndaşı başqa ölkələrdə yaşayır. Ondan sonra Meksika, Rusiya, Çin və Suriya gəlir. 11 milyon rus öz vətənindən kənarda yaşayır.
Xəbər lenti
0