Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda ümumşəhər iməciliyi keçirilib

© Photo : Baku City Executive Powerİməcilik, arxiv şəkli
İməcilik, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Abunə olmaq
Tədbirdə prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib.
BAKI, 15 aprel — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq yaz mövsümü, həmçinin ayın sonunda Bakıda “Formula-1” Azərbaycan Qran Prinsinin keçirilməsi və paytaxta dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqların gəlməsi ilə əlaqədar aprelin 15-də Bakı şəhərində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib.
Bu barədə BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.
Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməcilik şəhərin bütün rayonlarını əhatə edib. İməcilik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.
© © Nərimanov rayon İcra Hakimiyyətinin mətbuat xidmətiBakı şəhərinin bütün rayonlarında iməclik keçirilib, arxiv şəkli
Bakı şəhərinin bütün rayonlarında iməclik keçirilir - Sputnik Azərbaycan, 1920, 15.04.2023
Bakı şəhərinin bütün rayonlarında iməclik keçirilib, arxiv şəkli
İməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, həmişəyaşıl ağaclar yuyularaq üzərlərindəki torpaq və tozdan təmizlənib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilməsi, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri davam etdirilib.
Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.
İməcilik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0