https://sputnik.az/20230414/rf-tehlukesizlik-surasinin-musaviresinde-informasiya-tehlukesizliyi-meselelerine-baxilib-453781517.html
RF Təhlükəsizlik Şurasının müşavirəsində informasiya təhlükəsizliyi məsələlərinə baxılıb
RF Təhlükəsizlik Şurasının müşavirəsində informasiya təhlükəsizliyi məsələlərinə baxılıb
Sputnik Azərbaycan
Prezident informasiya təhlükəsizliyi mövzusunu son dərəcə vacib adlandırıb 14.04.2023, Sputnik Azərbaycan
2023-04-14T16:20+0400
2023-04-14T16:20+0400
2023-04-14T16:30+0400
rusiya
təhlükəsizlik şurası
müşavirə
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439629299_0:0:3072:1728_1920x0_80_0_0_48e9ec31872d54f5bdce492a0f8f60f4.jpg
.BAKI, 14 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin RF Təhlükəsizlik Şurası ilə müşavirəsi zamanı ölkənin informasiya təhlükəsizliyi məsələlərinə baxmağı təklif edib. Bu barədə Rusiya mediası xəbər verib. "Məsələ bu gün bizim gündəmimizdə vacibdir, bugünkü şəraitdə isə bu, son dərəcə vacibdir. Söhbət Rusiyanın informasiya təhlükəsizliyindən gedir", - deyə dövlət başçısı aprelin 14-də baş tutan müşavirənin əvvəlində bildirib. "KP.RU" saytı yazıb ki, bir gün əvvəl, aprelin 13-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimai Əlaqələr Mərkəzində Pentaqon və NATO-nun Ukraynanın şəbəkə infrastrukturundan istifadə edərək Rusiyaya qarşı yeni növ kiber silahlardan istifadə etdiyini qeud edib. Bildirilib ki, 2022-ci ilin əvvəlindən Rusiya kritik infrastruktura 5000-dən çox olan haker hücumunu dəf edib. Xatırladaq ki, ötən ilin dekabrında Rusiya lideri RF Təhlükəsizlik Şurası ilə ölkənin informasiya təhlükəsizliyini təmin etmək üçün kadr hazırlığını müzakirə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439629299_341:0:3072:2048_1920x0_80_0_0_6398aeb281c68b474a470866cb754bb6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təhlükəsizlik şurası, müşavirə
təhlükəsizlik şurası, müşavirə
RF Təhlükəsizlik Şurasının müşavirəsində informasiya təhlükəsizliyi məsələlərinə baxılıb
16:20 14.04.2023 (Yenilənib: 16:30 14.04.2023) Prezident informasiya təhlükəsizliyi mövzusunu son dərəcə vacib adlandırıb
.BAKI, 14 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin RF Təhlükəsizlik Şurası ilə müşavirəsi zamanı ölkənin informasiya təhlükəsizliyi məsələlərinə baxmağı təklif edib.
Bu barədə Rusiya mediası xəbər verib.
"Məsələ bu gün bizim gündəmimizdə vacibdir, bugünkü şəraitdə isə bu, son dərəcə vacibdir. Söhbət Rusiyanın informasiya təhlükəsizliyindən gedir", - deyə dövlət başçısı aprelin 14-də baş tutan müşavirənin əvvəlində bildirib.
"KP.RU" saytı yazıb ki, bir gün əvvəl, aprelin 13-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimai Əlaqələr Mərkəzində Pentaqon və NATO-nun Ukraynanın şəbəkə infrastrukturundan istifadə edərək Rusiyaya qarşı yeni növ kiber silahlardan istifadə etdiyini qeud edib. Bildirilib ki, 2022-ci ilin əvvəlindən Rusiya kritik infrastruktura 5000-dən çox olan haker hücumunu dəf edib.
Xatırladaq ki, ötən ilin dekabrında Rusiya lideri RF Təhlükəsizlik Şurası ilə ölkənin informasiya təhlükəsizliyini təmin etmək üçün kadr hazırlığını müzakirə edib.